"Avropa təhlükədədir" - Aİ-nin ali nümayəndəsi

07 may, 2022 13:42

“Biz Rusiyaya qarşı vuruşmuruq, biz Ukraynanı müdafiə edirik”.

Bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel tviter səhifəsində yazıb.

“Rusiyanın Ukraynaya hücumu Avropanın təhlükədə olduğunu göstərir. Biz real geosiyasi güc olduğumuzu nümayiş etdirməliyik”, - o vurğulayıb.