Polşa paytaxtında 9 may tədbirləri qadağan edildi
08 may, 2022 01:32
Varşavanın yerli hakimiyyət orqanları Rusiyanın Polşadakı səfirliyinin 9 may tədbirləri barədə sorğusuna qarşı çıxıb.
Bu barədə Varşava meri Rafal Tşaskovski bəyanatla çıxış edib.
“Rusiya səfirliyi Varşavada mayın 9-unu qeyd etmək istəyir və dəstək üçün Polşa Xarici İşlər Nazirliyinə müraciət edib. Mən bunun qəti əleyhinəyəm”, - deyə o, bildirib.
Mer vurğulayıb ki, Polşanın heç bir dövlət qurumu bu təşəbbüsdə iştirak etməməli, üstəlik, analoji tədbirlərə qadağa qoyulmalıdır.
Mənbə: rbc.ua