İranda ərzaq qıtlığı başlayıb - Prezidenti istefaya çağırırlar

08 may, 2022 01:36

İranda son günlər əsas ərzaq məhsullarının kəskin bahalaşması və bunun fonunda qıtlığı yaşanır.

"İslam Cumhuriyyəti" qəzeti bu səbəbdən İran Prezidenti İbrahim Rəisini istefa verməyə çağırıb.

"Ciddi təhlükə elanı" başlıqlı məqalədə Rəisiyə xitabən onun problemlərin öhdəsindən gələ bilmədiyi vurğulanır və o, bu postdan istefa verərək daha səriştəli şəxsin prezident olmasına imkan yaratmağa çağırılır.