Rusiya Suriyadan qoşunlarını çıxarır, Ukraynaya göndərir

08 may, 2022 23:18

Rusiya Federasiyası Suriyadakı hərbi birləşmələrini çıxararaq onları Ukraynaya yollamağa hazırlaşır.

İsrail mediası xəbər verir ki, Ukraynaya göndəriləcək canlı qüvvə və texnika hazırda Suriyada 3 aerodroma cəmləşdirilib.

Rusiyanın Müdafiə Nazirliyi hərbçilərinin çıxarıldığı hərbi bazaları isə İranın "İslam İnqilabı Keşikçiləri Korpusu"na ("Pəsdəran") və Livandakı "Hizbullah"ın Suriyadakı bölmələrinə təhvil verir.