Rusiya-Ukrayna danışıqları nə yerdədir?

09 may, 2022 13:37

Ukrayna tərəfi ilə danışıqlar uzaqdan aparılır.

TASS xəbər verir ki, bu barədə danışıqlar üzrə Rusiya nümayəndə heyətinin rəhbəri, Rusiya prezidentinin köməkçisi Vladimir Medinski bildirib.

Onun sözlərinə görə, danışıqlar distant formatda davam edir.

Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini Aleksey Zaytsev Moskva ilə Kiyev arasında danışıqların durğunluq vəziyyətində olduğunu bildirmişdi.

Mayın 4-də Kremlin sözçüsü Dmitri Peskov qeyd edib ki, Kiyevin qeyri-ardıcıl mövqeyi Moskva ilə danışıqların uğuruna inamı sarsıdır.