"Azərbaycan Yaponiyadan da ədalətli və qətiyyətli mövqe gözləyir" - Prezidentin köməkçisi

03 oktyabr, 2020 13:58

Azərbaycan Ermənistan qoşunlarının işğal edilmiş ərazilərdən çıxarılması ilə əlaqədar Yaponiya tərəfindən də ədalətli və qətiyyətli mövqe gözləyir.

Azsiyasət.com AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Yaponiyanın “Asahi Tv” telekanalına müsahibəsində bildirib.

Telekanalın yaydığı videosüjetdə sentyabrın 27-dən başlayaraq Ermənistan ordusunun təxribatı nəticəsində Azərbaycanla qarşıdurmanın kəskinləşdiyi, Ordumuzun əks-hücumu nəticəsində işğal altındakı bir sıra ərazilərin və strateji yüksəkliklərin azad edildiyi barədə məlumatlar əksini tapıb. Bildirilib ki, Azərbaycan artıq 30 ilə yaxındır işğal altında olan torpaqlarımızın azad edilməsini və Ermənistan ordusunun bu ərazidən çıxmasını gözləyir.

Videomaterialda Azərbaycan Prezidentinin köməkçisinin sözləri sitat gətirilərək bildirilir:

“Azərbaycan Ermənistan ordusunun işğal altında olan torpaqlarımızdan qeyd-şərtsiz, tamamilə və dərhal çıxarılmasını təkidlə tələb edir. Biz gözləyirik ki, Yaponiya da BMT vasitəsilə yeni qətnamələrin qəbuluna təsir göstərəcək”.

H.Hacıyev əmin olduğunu bildirib ki, beynəlxalq hüquqa hörmətlə yanaşan Yaponiya da münaqişənin həllinə tezliklə öz töhfəsini verəcək.

Videosüjetdə həmçinin Azərbaycan Prezidentinin köməkçisinin beynəlxalq ictimaiyyətə münaqişə regionuna erməni muzdlularının gətirilməsi ilə bağlı göstərilən cəhdlərin qarşısını almaq barədə çağırışı da yer alıb.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"