Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaları yumşalda bilər
10 may, 2022 00:44
Avropa İttifaqı Rusiyaya qarşı altıncı sanksiyalar paketini zəiflətmək istəyir.
Bu barədə öz mənbələrinə istinadən Bloomberg məlumat yayıb.
Məlumata görə, Rusiya neftinin Aİ-yə məxsus gəmilərlə üçüncü ölkələrə ixracına qoyulan qadağa aradan qaldırıla bilər.
Dəniz ticarətindən çox asılı olan Yunanıstanın ilk növbədə qadağanın aradan qaldırılmasında israrlı olduğu vurğulanır.