Qazaxın 7 kəndi ilə bağlı məsələyə aydınlıq gətirildi
10 may, 2022 10:55
“Qazaxın 7 kəndi və Kərkinin qaytarılması delimitasiya prosesinin tələbinə uyğun aparılacaq”.
Bunu xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.
O qeyd edib ki, bu ərazilərin Azərbaycanın tərkibinə keçməsi ilə bağı məsələ aparılan danışıqlar nəticəsində həllini tapacaq. Nazir müavini, eyni zamanda vurğulayıb ki, Ermənistanla sülh danışıqları Azərbaycanın 5 maddəlik təklifi əsasında aparılacaq.
X.Xələfovun sözlərinə görə, Brüssel görüşündən sonra belə bir qənaət var ki, Ermənistan tərəfi sülh sazişinə və delimitasiya prosesinə başlamağa razılıq verib: “Bu istiqamətdə səylər davam etdirilir”.