"Azərbaycanda biolaboratoriyalarla bağlı Rusiyanın bəyanatları yalandır" - ABŞ Dövlət Departamenti
10 may, 2022 11:34
Bazar ertəsi Vaşinqton Rusiyanın Qərbin Azərbaycan, Ermənistan, Qazaxıstan və Özbəkistan kimi ölkələrdə gizli bioloji tədqiqat laboratoriyaları yaratması ilə bağlı Rusiyanın iddialarını təkzib edib.
"Biz bilirik ki, bu, yalandır",- Dövlət Departamentinin mətbuat katibi Ned Prays gündəlik brifinqdə Turan-ın sualının cavabında deyib.
"Biz kimyəvi silah və bioloji silah üzrə konvensiyalarla bağlı öz mövqeyimizi çox dəqiq müəyyənləşdirmişik. Ukrayna və digər ölkələrin də mövqeyi belədir, amma bunu Rusiya haqda demək olmaz", - Prays deyib.
Xatırladaq ki, şənbə günü Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti ölkədə guya xaricdən maliyyələşdirilən bioloji tədqiqat laboratoriyalarının olması ilə bağlı Moskvanın iddialarını təkzib edib.