Ermənistan aksiyalarının iki lideri - Saqatelyan və Vanetsyan

11 may, 2022 23:39

Ermənistanda, əsas da paytaxt Yerevanda baş nazir Nikol Paşinyanın istefası tələbi ilə keçirilən davamlı aksiyalarda iki siyasətçi önə çıxıb: İşxan Saqatelyan və Artur Vanetsyan.

Aprelin ortalarında başlayan aksiyalar mayın 1-dən geniş vüsət alıb. Əsas təşkilatçılar parlamentdəki Ermənistan və “Qürurluyam” bloklarıdır. Onlar Azərbaycanla sülhün və Türkiyə ilə münasibətlər qurulmasının əleyhinədir.

İşxan Saqatelyan ikinci prezident Robert Köçəryana bağlı şəxslərin, Daşnaksütun və Dirçələn Ermənistan partiyalarını birləşdirən Ermənistan blokunun təmsilçisidir.

Novator.az bildirir ki, 1982-ci il təvəllüdlü İşxan Saqatelyan Yerevan Dövlət Universitetinin beynəlxalq münasibətlər fakültəsində bakalavr və magistr təhsili alıb, Ermənistan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun aspiranturasını bitirib. Tarix elmləri namizədidir.

1999-cu ildən Daşnaksütun Partiyasının üzvüdür, hazırda qurumun rəhbərliyində yer alır. 2018-ci ildə bir müddət Qeqarkunik vilayətinin qubernatoru olub. 2021-ci il iyunun 20-də parlamentin deputatı seçilib, həmin il avqustun 6-dan parlament sədrinin müavinidir.

Artur Vanetsyan “Qürurluyam” blokundandır. Blokda onun Vətən Partiyası ilə üçüncü prezident Serj Sərkisyanın sədrlik etdiyi Ermənistan Respublikaçılar Partiyası birləşib.

1979-cu il təvəllüdlü Artur Vanetsyan Ermənistan Dövlət Aqrar Universitetinin məzunudur, həmçinin Rusiya Federal Təhlükəsizlik Xidmətinin Akademiyasını, Sankt-Peterburq Xarici İqtisadi Əlaqələr və Hüquq İnstitutunu bitirib. General-mayordur.

2000-ci ildən Ermənistan Milli Təhlükəsizlik Xidmətində çalışıb, 2018-2019-cu illərdə bu quruma sədrlik edib. 2020-ci ildən Vətən Partiyasının sədri, 2021-ci il iyunun 20-dən parlamentin deputatıdır. 1975-ci il təvəllüdlü Nikol Paşinyan Vətəndaş Sazişi Partiyasının lideridir. 2018-ci il mayın 8-də inqilab dalğasında baş nazir postuna keçib, həmin il (“Mənim addımım” bloku ilə) və 2021-ci ildə (Vətəndaş Sazişi Partiyası ilə) parlament seçkilərini udaraq hökumət qurub.

Ermənistan 1988-1994-cü illərin təcavüzündə Azərbaycanın bir çox bölgəsini işğal edib.

2020-ci il sentyabrın 27-dən Azərbaycanın apardığı hərbi əməliyyatlarda və noyabrın 10-da əldə edilən atəşkəs razılaşması nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər rayonları tam, Şuşa, Laçın, Xocavənd, Xocalı rayonları və keçmiş Ağdərə rayonu qismən azad olunub, Yuxarı Qarabağa və Ermənistana gedən Laçın yoluna Rusiya hərbi kontingenti yeridilib.

2021-ci ildən Azərbaycan-Ermənistan sülh danışıqları gedir, həmçinin Türkiyə-Ermənistan dialoqu aparılır.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"