Tərtər rayonu ərazisində "Rus mərkəzi" açıldı - FOTOLAR

12 may, 2022 10:26

Azərbaycan Respublikasının  Ağdərə şəhərində rus dili və rus mədəniyyətinin öyrənilməsi mərkəzi açılıb. 

Bu barədə məlumatı sosial şəbəkədə Rusiya hərbi kontingentinin himayəsində bəslənən separatçı-terrorçu rejimin "əməkdar pedaqoqu" Nataşa Poqosyan paylaşıb.

Onun sözlərinə görə, “Rus Mərkəzi” Ağdərədəki “mədəniyyət evi”ndə erməni xeyriyyəçiləin səyi ilə açılıb. Onlar lazımi tədris və maddi baza və mebel əldə etməyə kömək edib.

“Poqosyan əmindir ki, mərkəzin fəaliyyəti gənc nəslin rus dili, ədəbiyyatı, tarixi və mədəniyyəti üzrə biliklərini təkmilləşdirmək üçün əlavə imkan yaradacaq. Əməkdar müəllim qeyd edib ki, Rusiya sülhməramlıları Dağlıq Qarabağın təhlükəsizliyini təmin etdiyindən rus dilinin öyrənilməsinin əlavə stimullaşdırılması zərurətə çevrilib”- xəbərdə belə deyilir.