Dünyanın ən böyük iki türk dövləti arasında ciddi yaxınlaşma...

12 may, 2022 10:50

Mayın 10-11-də Qazaxıstan prezidenti Kasımjomərd Tokayev Türkiyədə səfərdə olub. Qazaxıstanla Türkiyə arasında əməkdaşlıq istiqamətində demək olar bütün sahələri əhatə edən sənədlər imzalanıb. Səfər zamanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Qazaxıstan prezidentinin münasibətlərinin istiliyini nümayiş etdirən məqamlardan biri də onların stolüstü tennis oynamaqları olub.

Prezidentlərin keçirdiyi mətbuat konfransında isə Tokayev deyib: “Türkiyənin hər zaman Qazaxıstana dəstək olduğunu bilirik, biz bunu həmişə hiss edirik. Bu səfər siyasi, ticari, iqtisadi, hərbi, humanitar, mədəni və digər sahələrdə olan əməkdaşlığımızı dərinləşdirməyə imkanlar yaradacaq”.

Prezident Ərdoğan isə deyib ki, iki qardaş ölkənin qarşısında çox böyük hədəflər var.

Bəs dünyanın iki ən böyük türk dövləti arasında yaxınlaşmanın perspektivi necə görünür? Bu yaxınlaşmanın türk dünyası üçün hansı əhəmiyyəti olacaq?

Politoloq Oqtay Qasımov “Yeni Müsavat”a bildirdi ki, Qazaxıstan prezidenti Tokayevin Türkiyəyə səfəri olduqca əhəmiyyətlidir. Bu, uzun müddətdən bəri Türkiyə və Qazaxıstan arasında münasibətlərin daha da dərinləşdirilməsinin bir göstəricisidir. O cümlədən keçən ilin noyabr ayında yaradılan Türk Dövlətləri Təşkilatının iki böyük ölkəsinin bir araya gəlməsi, xüsusilə də Qazaxıstanda baş verən məlum hadisələrdən sonra bir araya gəlməsi çox vacibdir: “Çünki Qazaxıstandakı məlum hadisələrdən sonra belə bir narahatlıq var idi ki, Qazaxıstanın Nursultan Nazarbayev dövründə həyata keçirilən dövlət siyasəti kursunda müəyyən sapmalar ola bilər və bu sapmalar Türkiyə lehinə olmaya bilər. Amma Tokayevin bu səfəri göstərdi ki, Qazaxıstanda əsası 30 il əvvəlcədən qoyulan və son illər inkişaf eləyən siyasi kursda bir dəyişiklik yoxdur. Qazaxıstanda müstəqillik qazanandan sonra milli şüurun və milli özünü dərkin inkişaf prosesi ciddi şəkildə irəliləyib və bu önəmli bir faktora çevrilib”.

Oqtay Qasımov: “Bu amil Türk Dövlətləri Təşkilatının regional əhəmiyyətini artıracaq”

Politoloqun sözlərinə görə, mayın 10-da reallaşan səfər Rusiya-Ukrayna müharibəsi fonunda bir daha xüsusi əhəmiyyət kəsb edir. O baxımdan ki, hər iki dövlət türk dünyasının önəmli böyük dövlətləridir: “Türkiyə özünün iqtisadi, hərbi, siyasi gücü və regional gücü ilə tanınan, qəbul edilən bir dövlətdir. Qazaxıstan da təbii ki, özünün yerləşdiyi geostrateji əhəmiyyəti, o cümlədən iqtisadi potensialı və enerjidaşıyıcıları, faydalı qazıntılarla zəngin olan bir dövlətdir. Bundan başqa, Qazaxıstan böyük aqrar ölkədir, dünya taxıl bazarında önəmli həcmdə paya sahibdir. Qazaxıstanın sənaye potensialı kifayət qədər ciddi inkişaf yolu keçib. Yəni bu baxımdan Türkiyə və Qazaxıstan prezidentlərinin görüşü və Tokayevin Türkiyə iş adamları ilə görüşləri, iqtisadi şuranın toplantısı onu deməyə əsas verir ki, iki ölkə arasında əlaqələr və münasibətlər bundan sonra daha da dərinləşmə istiqamətində davam edəcək”.

O.Qasımov qeyd etdi ki, bu iki ölkə arasında münasibətlərin inkişafı həm türk dünyası üçün önəmli bir addım olacaq, eyni zamanda qlobal və regional miqyasda da bunun əhəmiyyəti olacaq. Çünki Qazaxıstan Orta Asiyanın olduqca əhəmiyyətli ölkəsidir, Xəzər dənizi vasitəsilə Çindən Avropaya daşımaçılıqda loqistika və nəqliyyat məsələsində önəmli yer tutur: “Qazaxıstanın Azərbaycanla da ciddi əlaqələri var və bu daşımaların Azərbaycan üzərindən Türkiyə ərazisinə keçməklə Avropaya daşınması bundan sonra daha əhəmiyyətli şəkildə artacaq. Hazırda dünyada gedən geopolitik dəyişikliklərdə dünyanın yeni nizamının qurulmasında Türkiyə də aktiv rol alır, mən hesab edirəm ki, Qazaxıstanla Türkiyənin münasibətlərinin inkişafı türk dünyasının, Türk Dövlətlər Təşkilatının gələcək dünya nizamında önəmli bir rola sahib olacağının bir əlamətidir. Ona görə də mən bu münasibətlərin gələcəyinə nikbin baxıram. Ərdoğanın və Tokayevin mətbuat konfransında bəyan etdikləri kimi, qarşıya çox ciddi hədəflər qoyulub, ticarət dövriyyəsinin yaxın zamanlarda 5 milyarddan 10 milyard dollara, yaxın gələcəkdə isə 20 milyarda qədər yüksəldilməsi kimi hədəflər var. Bu da çox əhəmiyyətli bir hadisədir.

İmzalanan sənədlərdə əlaqələrin demək olar ki, bütün istiqamətləri nəzərdə tutulub. Hərbi və texniki əlaqələrin də inkişaf etdirilməsi nəzərdə tutulur ki, bu da ciddi məsələ sayılmalıdır. Türkiyə prezidentinin son dövrlər türk dünyası ilə əlaqələri daha da sıxlaşdırmaq siyasəti, həmçinin Ərdoğanın Özbəkistana bu yaxınlarda gerçəkləşən səfəri və orada müzakirə olunan məsələlər, hazırda Qazaxıstanla əldə edilən anlaşmalar onu deməyə əsas verir ki, türk dünyasının, Türk Dövlətləri Təşkilatının tutduğu istiqamət doğrudur. Bu amil Türk Dövlətləri Təşkilatının regional əhəmiyyətini artıracaq. Bu, həm də bütün regionun, dünyanın mənafeyinə uyğun olacaq".

09 fevral

15:13 - Peskov Ankoriç ruhunun sirrini açdı - Ukrayna müharibəsində böyük sıçrayışın 28 gizli bəndi15:11 - Şagirdlər "İdrak" liseyini tərk edir15:08 - Dələduzluğa görə həbs edilən dəstə başçısı - Ev dustaqlığına buraxıldı

02 fevral

14:25 - FED-də dəyişiklik bazarları silkələdi - Qızıl və gümüş "çökdü", neft ucuzlaşdı14:23 - "Xalq" qəzetində keçirilən görüşdə Veysəloğlu Şirkətlər Qrupu tərəfindən qocaman jurnalistə dəstək ifadə edilib - FOTOLAR12:37 - Azərbaycanda MTK-ların "qara siyahı"sı yaradıla bilər12:34 - Prezidentdən Azərbaycan gənclərinə müraciət - YENİLƏNİB09:47 - İran ABŞ üçün şərtlərini açıqladı

28 yanvar

14:53 - 60 min boş iş yeri haradadır? - Agentlik sədrinin müəmmalı açıqlaması14:52 - Orduya böyük sərmayə qoymuşuq...14:50 - Ohanyan üzə çıxdı - "Azərbaycan XTQ-ni, Ermənistan isə polisi gücləndirir"14:48 - "Araz" supermarketlər şəbəkəsi 15 illiyini qeyd edir

26 yanvar

14:38 - ABŞ-da qətl: təhlükəsizlik qüvvələri vətəndaşı güllələdi - Bəs demokratiya nağılı?14:34 - "Təcavüzə ağır cavab veriləcək" - Bəqai14:31 - Çinin ikinci şəxsi ABŞ casusu olub? - QALMAQAL

21 yanvar

10:27 - "Biz üç ildən artıq dövrdə Avropaya qaz ixracını 13 milyard kubmetrə çatdırmışıq" - İlham Əliyev10:22 - Azərbaycan Trampın dəvətini qəbul edib, Sülh Şurasına qoşulub10:17 - Qızılın qiyməti yenə rekord qırdı - Bu il qızılın qiyməti nə qədər olacaq?

16 yanvar

10:41 - Azərbaycandakı sayt və sosial şəbəkələrdə əxlaqsız paylaşımlar qadağan edildi - DETALLAR10:37 - Qəddafinin qızı İran xalqına müraciət edib - "İmperialistlərin aldatıcı sözlərinə və şüarlarına inanmayın"10:36 - Avropa Komissiyası 8 ölkə üçün silah kreditini təsdiqlədi

07 yanvar

16:40 - Erməni təcavüzü nəticəsində nə qədər vətəndaşımız itkin düşüb? - Dövlət Komissiyası16:34 - Ucuz məhsul keyfiyyətsizdirmi? - Ekspertlərdən açıqlama16:32 - "Cənab səfir, bizə cavab verin!"

05 yanvar

13:18 - ABŞ Venesuelada nə qədər insanı qətlə yetirib? 13:16 - Bu, ABŞ-Azərbaycan əməkdaşlığının əsas sütunlarındandır12:55 - Maduronun həbsi neft qiymətlərinə necə təsir edəcək?

02 yanvar

13:44 - "Təkcə Ermənistan hökuməti ilə deyil, həm də xalqı ilə sülh bağlayırıq" - Prezidentin köməkçisi13:41 - Qazaxıstan Rusiyadan yan keçən marşrutla bağlı sənəd imzalamaq istəyir - Layihəyə Azərbaycan da daxildir13:39 - "Ukrayna üzərində Çin dronları uçur, çünki..." - Dmitri Jmaylo