İsveç NATO-ya üzvlüklə bağlı qərarını bu tarixdə açıqlayacaq

12 may, 2022 13:31

İsveç hökuməti ölkənin NATO-ya üzvlüyü ilə bağlı rəsmi qərar vermək üçün iclas keçirəcək.

Azsiayset.com xəbər verir ki, bu barədə məlumatı ölkənin “Expressen” qəzeti yayıb.

Sözügedən iclas mayın 16-sı baş tutacaq.

Bildirilir ki, gözlənilməz bir hadisə baş verməzsə, iclasdan sonra İsveç hökuməti NATO-ya üzv olmaqla bağlı ərizə təqdim edəcəyini açıqlayacaq.