"Baltik bizimdir, heç kimə verməyəcəyik" - Kosaçev
13 may, 2022 23:03
Rusiya Baltik, Barents dənizləri, Arktika məkanını başqalarının ixtiyarına verməyəcək.
Bu barədə Rusiya Federasiya Şurasının vitse-spikeri Konstantin Kosaçev deyib.
“Baltika və Barents, eyni zamanda Arktikanı heç kim xəyal etməsin. Biz bu məkanı NATO-ya verməyəcəyik”, - deyə Kosaçev bildirib.
Qeyd edək ki, Latviya xarici işlər naziri Edqars Rinkeviç İsveç və Finlandiyanın alyans üzvü olması ilə Baltik dənizinin də NATO ərazisi olacağını bildirmişdi.