"Rusiya ilk olaraq nüvə zərbəsi endirə bilər" - Dumanın komitə sədri
15 may, 2022 11:02
Rusiya ilk olaraq nüvə silahı tətbiq edə bilər - "ölkənin mövcudluğu üçün real təhlükənin olduğu şəraitdə".
Belə bəyanatla URA.RU resursuna müsahibəsində Dövlət Duması Müdafiə komitəsinin sədr müavini Aleksey Juravlyov çıxış edib.
"Rusiya ilk olaraq nüvə zərbəsi endirə bilər. Bu, o zaman baş verər ki, Rusiya Federasiyasının mövcudluğuna təhlükə yaranar" - o, qeyd edib.
Deputat həm də ABŞ-ın ünvanına ittihamla çıxş edib və bildirib ki, onlar üçüncü dünya müharibəsinin başlanması üçün hər şeyi edirlər.