Tərtər, Cəbrayıl və Füzulinin bu kəndləri işğaldan azad olundu

03 oktyabr, 2020 22:55

Prezident daha 7 kəndin işğaldan azad edilməsini Tvitterdən elan edib. 

Azsiyasət.com xəbər verir ki, Prezidentin paylaşımında deyilir:

"Bu gün Azərbaycan ordusu Tərtər rayon Talış kəndini, Cəbrayıl rayon Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndlərini, Füzuli rayonu Aşağı Əbdürrəhmanlı kəndini azad etmişdir".