Əfsanəvi bakılı kəşfiyyatçının abidəsinin üzərinə boya tökən rusiyalı qadın həbs edildi

16 may, 2022 13:30

Vladivostokda məhkəmə əfsanəvi bakılı kəşfiyyatçı, Sovet İttifaqı Qəhrəmanı Rixard Zorgenin abidəsinin üzərinə boya tökən yerli sakini həbs edib.

Bu barədə vilayət prokurorluğundan məlumat verilib.

İstintaqın məlumatına görə, hadisə mayın 10-a keçən gecə baş verib.

Rusiyalı qadın abidəni təhqir etdiyinə görə saxlanılıb. Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin vandalizm maddəsi ilə cinayət işi başlanıb.

İstintaqın tələbi ilə 39 yaşlı qadın 1 ay 25 gün müddətinə həbs olunacaq. Onun iki azyaşlı qızı isə sosial reabilitasiya mərkəzinə göndərilib.

Yeri gəlmişkən qeyd edək ki, Rixard Zorge 1895-ci il oktyabrın 4-də Bakının Sabunçu qəsəbəsində neftçi texnik Adolf Zorgenin ailəsində dünyaya gəlib.

Yaponiyada jurnalist adı altında xəfiyyə kimi fəaliyyət göstərən Rixard Zorge SSRİ-ni Adolf Hitler tərəfindən başladıla biləcək hücum barədə məlumatlandırıb.

Rixard Zorge saxlanıldığı həbsxanada 1944-cü ilin 7 noyabr tarixində asılaraq edam edilib. Edamın ardından R.Zorgenin meyiti saxlanıldığı Suqamo həbsxanasında məhkumlar üçün nəzərdə tutulmuş ümumi məzarlıqda dəfn edilib. Sonralar xəfiyyənin cəsədi həbsxanadan çıxarılıb. Nəşin yeni yeri kimi Tokionun Füçi səmtində yerləşən məzarlıq seçilib.

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI18:37 - Avropa texnologiyaları gizli yollarla Rusiyaya ötürülüb?18:31 - Prezident WUF13-də çıxış edir - VİDEO/FOTOLAR

12 may

14:15 - "Azərbaycanla zəifləyən mədəni əlaqələri yenidən canlandırmağın vaxtıdır" - Rusiya XİN14:13 - Anklavlarla bağlı bir neçə variant nəzərdən keçirilir14:12 - Azərbaycan iqtisadiyyatı cüzi böyüdü14:10 - Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti Fəxri xiyabanda Ümummilli Liderin xatirəsini anıb - FOTOLAR

28 aprel

15:04 - Ölkə başçısı Bəxtiyar Allahverdini "Tərəqqi" medalı ilə təltif edib14:56 - Prezidentdən 5 dövlət qurumuna tapşırıq - SİYAHI14:54 - Ermənistan bu kəndi Gürcüstana verib?14:47 - Zelenski İsraili sanksiyalarla hədələyib14:28 - "Senior Talks" layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü - FOTOLAR

27 aprel

13:10 - İranın gizli gücü - Rusiya sabitliyin əsas səbəbini açıqladı13:05 - Pakistan və İrandan mühüm iqtisadi addım - Yeni tranzit dəhlizi açıldı13:01 - Azərbaycanla sərhədin delimitasiyası tezliklə davam etdiriləcək - Paşinyan

13 aprel

12:22 - Azərbaycana gəlmiş ermənilərlə görüşdən nə əldə edildi? 12:18 - 300 milyonluq uyğunsuzluq12:12 - Paşinyan və Qarabağ ermənisinin söhbəti - "Belə də davam edin"