Erməni müxalifəti yenidən Fransa meydanına toplaşır

17 may, 2022 10:07

Nikol Paşinyanın istefasını tələb edən Ermənistan müxalifəti bu gün səhər saatlarında İrəvanın müxtəlif yerlərində küçələri bağlayaraq vətəndaş itaətsizliyi aksiyalarına başlayıb.

“Yerkir Media” telekanalı xəbər verir ki, polis artıq həbslərə başlayıb.

Bir müddət əvvəl Ermənistan parlamentinin “Ermənistan” müxalifət fraksiyasından olan vitse-spikeri İşxan Saqatelyan irimiqyaslı itaətsizlik aksiyalarının başlayacağını, yolların bağlanacağını, nəqliyyatın dayandırılacağını, paytaxtın iflic ediləcəyini açıqlayıb. 

Onun sözlərinə görə, bu gün də İrəvanın Fransa meydanında mitinq keçiriləcək.