"Ermənistandakı etirazlar bu ölkənin daxili işidir" - Rusiya XİN

17 may, 2022 16:10

Ermənistandakı etirazlar bu ölkənin daxili işidir, Rusiya buna qarışmır.

Bunu Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib.

“Bu, Ermənistanın daxili işidir - orada baş verən hər şey bu ölkənin daxili işidir. Biz bunu bilirik və bu proseslərə qarışmırıq", - rusiyalı diplomat vurğulayıb.