Türkiyə KTMT-yə dəvət olundu

17 may, 2022 21:04

“Yeni ölkələrin NATO-ya daxil olması ilə bağlı qərar alyansın parçalanmasına gətirib çıxara bilər. Belə halda Türkiyə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə əməkdaşlıq haqqında düşünə bilər”.

Bunu Rusiya Dövlət Dumasının Təhlükəsizlik və Korrupsiya ilə Mübarizə Komitəsinin üzvü Adalbi Şxaqoşev bildirib.

"Mən artıq demişəm ki, İsveç və Finlandiyanın NATO-ya daxil olması alyansın parçalanmasına səbəb ola bilər. Bu baş verərsə, biz Türkiyənin KTMT-yə daxil olmasını gözləyirik", - Şxaqoşev deyib. 

Parlamentarinin sözlərinə görə, “Ərdoğan ciddi siyasətçidir. Türkiyənin KTMT ilə əməkdaşlığı beynəlxalq təhlükəsizlik vəziyyətini yeni istiqamətə çevirə bilər".