"Rusiya hərbçiləri Moldovanı tərk etməlidirlər" - Maya Sandu

18 may, 2022 18:28

"Rusiya hərbçiləri Dnestryanı bölgədən çıxarılmalıdırlar, çünki onların orada olması Moldovanın neytrallığını pozur”.

Bunu Moldovanın Prezidenti Maya Sandu Avropa Parlamentində çıxış edərkən söyləyib.

Onun sözlərinə görə, rəsmi Kişinev Dnestryanı münaqişənin Moldovanın suverenliyi və ərazi bütövlüyünü nəzərə alacaq dinc siyasi həll yolunu axtarır.