"Nə Aİ, nə də NATO Rusiya ilə müharibə istəyir" - Fransa XİN
19 may, 2022 14:40
Nə Fransa, nə Avropa İttifaqı, nə də NATO Rusiya ilə müharibə vəziyyətində deyil və onunla döyüşmək istəyir.
Bunu Fransa Xarici İşlər Nazirliyinin (XİN) nümayəndəsi Ann-Kler Lejandr bildirib.
“Rusiya ilə müharibə aparmırıq. Bizim tərəfimizdən heç bir eskalasiya yoxdur”, - Lejandr deyib.
XİN rəsmisi qeyd edib ki, Rusiya özü vəziyyəti gərginləşdirir.