Ermənistanın sərhəd komissiyasının tərkibi müəyyənləşdi

19 may, 2022 15:45

“Ermənistan Azərbaycanla sərhədin delimitasiyası üzrə komissiyanın tərkibini formalaşdırıb”.
Bu barədə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib.
A. Qriqoryan qeyd edib ki, komissiyanın tərkibində kimlərin olması yaxın vaxtlarda dərc ediləcək.