“Rusiya Kiyevlə danışıqlara hazırdır“ - Rudenko
19 may, 2022 16:15
"Moskva Ukrayna ilə danışıqlara qayıtmağa hazırdır, lakin Kiyevin buna hazır olması şərtilə".
Bunu Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenkoya bildirib.
O deyib: “Biz danışıqlar prosesini kəsməmişik. O, ukraynalı tərəfdaşlar tərəfindən dayandırılıb”.
Diplomatın sözlərinə görə, Kiyev danışıqlar masasına qayıtmaq istəyən kimi Rusiya tərəfi dialoqa başlayacaq.