Kreml “Şimal Axını-2” kəmərinin fəaliyyətə başlayacağına ümid etmir

19 may, 2022 17:00

“Şimal axını-2” qaz kəmərinin fəaliyyətə başlamasına ümid etmək hələlik perspektivsizdir.

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

“Əminik ki, indi nə deməsinə baxmayaraq, Avropanın Şimal Axını-2-yə ehtiyacı olacaq”, deyə Kremin sözçüsü vurğulayıb.