Nəcməddin Sadıkov Xüsusi Təyinatlı Qüvvələri ləğv etdirmək istəyirmiş... şok detallar

20 may, 2022 12:25

Nəcməddin Sadıkov 1993-cü ildən 2021-ci ilə qədər (Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi kimi) Rusiyanın Azərbaycanda “betonlaşan” şəbəkəsinin ən vacib simalarından biri olub. 

N.Sadıkovun Azərbaycan ordu sistemindəki fəaliyyətinin təhlili göstərir ki, onun əsas vəzifəsi müharibə olacağı təqdirdə Azərbaycanın məğlubiyyətini təmin etməkdən, ölkədə peşəkar ordunun yaradılmasının qarşısını almaqdan, təcrübəli hərbi heyətin, xüsusilə yüksək rütbəli zabitlərin müxtəlif şantaj üsullarla xidmətdən yayındırılmasını təşkil etməkdən və Azərbaycanın gələcəkdə torpaqlarını işğaldan azad etmək üçün səfərbər etdiyi hərbi imkanlarını sıfırlamaqdan ibarət olub. 

N.Sadıkov barədə əldə edilən məlumatların ciddiliyi heç bir şübhə doğura bilməz. Çünki araşdırılsa, bu məlumatların hər birinin real fakta əsaslandığını müşahidə edə bilərik. 

Məsələn: 

- Salyan rayonunda “N” saylı xüsusi təyinatlı hərbi hissə var idi. Bu hərbi hissə Azərbaycan ordusunun onurğa sütunlarından biri sayılırdı. Ordumuzun əfsanəvi kəşfiyyyatçılarının, ən peşəkar döyüşçülərinin böyük bir hissəsi bu hərbi hissənin payına düşürdü. Hərbi hissə 2021-ci ilin sonunda N.Sadıkovun göstərişi ilə dağıdılır, 2013-cü ilin əvvələrində isə tamamilə ləvğ edilir.

Oradakı döyüşçülərin yarısı pərən-pərən düşür, yarısı da “052” kimi tanınan xüsusi təyinatlı qüvvələrin sərəncamına keçmişdi.

- Ən dəhşətlisi budur ki, N.Sadıkov Hikmət Mirzəyevin komandanlıq etdiyi Xüsusi Təyinatlı Qüvvələri də (məşhur “Yaşma” – “052”) ləğv etdirmək istəyirmiş... Onun H.Mirzəyevə ciddi basqılarının, təzyiqlərinin ardı-arası kəsilmirdi.

Demokrat.az-ın məlumatına görə, XTQ-nin ləğvi üçün atılan addımlar daha da sürətlənmişdi, iş o yerə çatmışdı ki, H.Mirzəyev və ümumilikdə XTQ N.Sadıkovun ağır təhdidləri ilə üz-üzə qalmışdı. Vəziyyətin idarəolunmaz həddə çatdığını görən H.Mirzəyev bu barədə şəxsən Prezident İlham Əliyevə məruzə etməli olur. Məhz bu məruzədən sonra XTQ-nin ləğv etdirmək istəyən N.Sadıkovun niyyəti baş tutmur. 

Qeyd edim ki, Xüsusi Təyinatlı Qüvvələr vaxtilə, 1999-cu ildə mərhum prezident Heydər Əliyevin tapşırığı ilə qurulmuşdu. H.Mirzəyev əlahiddə xidmətlərinə rəğmən, N.Sadıkovun “əməyi” sayəsində 18 il eyni rütbədə qalmışdı. Yalnız 2020-ci ildə Vətən müharibəsindən sonra o, General-leytenant rütbəsi almış oldu. 

Məlumdur ki, xüsusi təyinatlı qüvvələr Azərbaycan ordusunun ürəyidir. Təkcə 44 günlük müharibədə Azərbaycanın qələbəsini qaçılmaz edən üç əsas amildən biri məhz XTQ idi.

Rusiya kəşfiyyatının sadiq qulu N.Sadıkov başa düşürdü ki, Azərbaycan ordusunun ən sağlam və həlledici qanadı XTQ-dir. XTQ olmasa, Azərbaycanın Ermənistan üzərindəki həlledici üstünlüyü də sual altına düşmüş olar. Əslində, N.Sadıkov Rusiya “GRU”su vasitəsilə Ermənistana xidmət edib. Çünki onun əsas məqsədi müharibə olacağı təqdirdə Azərbaycanın məğlubiyyətini təmin etməkdən ibarət olub. Bunun üçün də ilk olaraq, ən “strateji” yollar XTQ-ni məhvinə nail olmaqdan keçirdi.  

- Müdafiə Nazirliyinin kəşfiyyat idarəsinin zabitlərindən biri (adını çəkmək istəmədiyim) N.Sadıkovun Azərbaycan ordusuna qarşı xəyanətlərini araşdırmaq üçün Dağıstana, Dərbəndə yollanır. Həmin zabit N.Sadıkovun Rusiyaya bağlı bütün əlaqələrini ən incə detallarına qədər öyrənir. N.Sadıkovun Dərbəndə hansı məqsədlə göndərdiyi silah-sursatdan tutmuş milyonlarla pul vəsaitinə qədər bütün “əməliyyat”larının  detallarını əldə edir və geri dönür. Əldə etdiyi məlumatları sistemləşdirib arayış şəklində Nazirliyin Kəşfiyat Baş İdarəsinin o vaxtkı rəisinə təqdim edir.

Baş İdarənin rəisi də həmin arayışı aparıb N.Sadıkovun qabağına qoyur. Sonra nə baş verir? N.Sadıkovun xəyanətlərini aşkara çıxaran həmin kəşfiyyatçı ən ucqar postlara sürgün edilmişdi... 

Sevindiricidir ki, Azərbaycan bütün məsələlərin əhəmiyyətini vaxtında qiymətləndirə bilib. Təsadüfi deyil ki, Hadrutda komando hərbi hissənin açılması Ordumuzun tarixi və strateji gücünü daha da artırmış olacaq. N.Sadıkov isə hazırda tərksilah edilmiş durumdadır, müəyyən mərhələdən sonraonunla bağlı çox ciddi addımlar atıla bilər. Gözləyək... 

Müəllif: Samir Feyruzov

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"