Avropa İttifaqı Ukraynaya 600 milyon avro məbləğində tranş ayırıb

20 may, 2022 15:10

Avropa İttifaqı (Aİ) Ukraynaya makromaliyyə yardımı çərçivəsində 600 milyon avro məbləğində növbəti tranşı ayırıb.

Bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen bildirib.

“Bu gün biz Ukraynaya 600 milyon avro məbləğində yeni makromaliyyə yardımı tranşı ayırdıq”, - o tviterdə yazıb.