14 may aksiyasının sifarişçiləri məlum oldu NED və donorları...

21 may, 2022 17:46

Mayın 14-də Fəvvarələr Meydanında kiçik qrupun dinc şəkildə yekunlaşan və geniş reklam olunmasına baxmayaraq, heç bir nəticə verməyən aksiyasının gerçək hədəfinin artıq nə olduğu cəmiyyətə də bəllidir. İndiyə qədər beynəlxalq tədbirlərin ölkəmizdə keçirildiyi vaxtlarda məlum qruplar aktivləşir və ölkəyə olan beynəlxalq diqqətdən öz məqsədləri üçün istifadə etməyə çalışıblar. İndi də "Formula 1" yarışı ərəfəsində eyni qruplar yenə eyni taktika ilə hərəkətə keçdi və yenə nəticəsiz şəkildə evlərinə dağılışdılar. Hərçənd ki, onlara lazım olan alacaqları qrantlardır və belə aksiyalar da məhz qrant layihələrinin alınmasına hesablanıb.

İndiyə qədərki təcrübə və son aksiya Azərbaycana qarşı bu oyunların arxasında Qərbdə bəlli dairələrin dayandığını təsdiqləyir. Bu dairələrə rəsmi Bakıya qarşı siyasi təzyiq-şantaj cəhdi edən anti-Azərbaycan şəbəkəsi, həmçinin, erməni diasporu və lobbisi daxildir.

Təcrübəyə görə, qrant layihələri ayrılır, ölkə daxilində onlarla işləyən qruplar arasında seçimlər edilir, qrantı almaq istəyən necə işləyəcəyini nümayiş etdirir və göstərilən performansa uyğun qrant verənlər qərar alırlar. 

Bəxtiyar Hacıyevin təşkil etdiyi və daha çox indiyədək mövcud qüvvələrin daxilində daha çox gənclərdən ibarət yeni qrupun iştirak etdiyi aksiya buna hesablanmışdı. Aksiyada LGBT bayraqlarının qaldırılması da verilən sifarişə uyğun idi.

Bəs sifarişi kim(lər) verib?

Bu sualın birdən çox cavabı var. Çünki xaricdə Azərbaycana qarşı fəaliyyət göstərən dairələr müxtəlifdir. Proseslərin inkişafı, xüsusilə “Azadlıq radiosu”, “Amerikanın səsi” kimi media resurslarının təbliğat dəstəyi yolları okeanın o tayına aparır. Lakin sifarişin ABŞ hökuməti yox, erməni diasporu və lobbisinin də iştirak etdiyi anti-Azərbaycan dairələri tərəfindən verildiyi daha real görünür. Təkcə ona görə yox ki, ABŞ-Azərbaycan münasibətləri yüksəl səviyyədədir və iki ölkə arasında buna əsas yaradacaq problem yoxdur, həm də bunu deməyə əsas verən faktlar var.

Burada əsas diqqət ABŞ-ın NED təşkilatı və bu təşkilatın donorlarına yönəlir.

NED ötən il Azərbaycanda “demokratiyanın inkişafı” üçün 970 min 235 ABŞ dolları qrant ayırıb:

“Bölgələrdə vətəndaş fəallığının artırılması və icma səfərbərliyi”.

“Regionlarda iştirakçılıq potensialının artırılması”.

“Yerli problemlərin qabardılması”.

“Regionlarda insan hüquqları”.

“İnsan hüquqlarının monitorinqi”.

“Elitada korrupsiyanın sənədləşdirlməsi”.

“Korrupsiyalaşmış tenderlər üzrə məlumatların toplanması”.

“Müstəqil mediaya dəstək”.

Qrant bu istiqamətlər üzrə ayrılıb və hansı təşkilata verildiyi, necə xərcləndiyi haqda məlumatlar həmişə olduğu kimi şəffaf olmayıb. 

Qrant istiqamətlərində diqqətçəkən məqam Azərbaycanın regionları ilə bağlı məsələlərə üstünlük verilməsidir. Bu, əvvəlki qrant layihələri ilə fərqlənir və onu deməyə əsas verir ki, NED və donorları artıq Azərbaycanda əvvəlki dəstədən fərqli olaraq, yeni şəxslərlə, xüsusilə gənclərlə işləmək niyyətindədir. Bu, nəticə əldə etməyə hesablanmış addımdır. Məlum aksiyanın ənənəvi dəstədən fərqli olaraq, yeni və daha gənc dəstə tərəfindən təşkili də bu kontekstdə diqqət çəkir.

Sifarişin arxasında dayanan, yəni, NED-in özünə də Azərbaycanla bağlı tapşırıq verənlər isə erməni diasporunun olduğu şübhəsizdir. 

NED təkcə ABŞ hökuməti tərəfindən maiyyələşmir, donorlar arasında müxtəlif ölkələrin diaspor və lobbi şəbəkəsinə bağlı iş adamları da var, bu şəbəkələrdən biri də məhz erməni diasporu və lobbisidir. Təşkilatın ermənilərlə işbirliyi haqda indiyə qədər də məlumatlar yayılıb. 

Bütün bunlar son günlər Azərbaycana qarşı aparılan qarayaxma kampaniyasının arxasında erməni diasporunun dayandığı fikrini gücləndirir. Məqsəd məhz Azərbaycan dövləti haqqında yanlış rəyin yaradılması, beynəlxalq yarışdan öncə ölkəmizin imicinin korlanmasıdır. Ölkə daxilində sifarişi yerinə yetirənlər üçün isə bu o qədər də önəmli deyil, çünki onlar üçün önəmli olan puldur və “pulu kim verir, musiqini da o sifariş edir”.

Vaqif Hüseynli
Demokrat.az

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"