"ABŞ Ukraynaya "Patriot" sistemləri göndərə bilər" - "Washington Post"

22 may, 2022 00:12

ABŞ Ukraynaya yeni hərbi yardımın bir hissəsi kimi “Patriot” hava hücumundan müdafiə sistemini göndərməyi düşünür.

Bu barədə “Washington Post” nəşri yazıb.

Bildirilir ki, sistemlər yeni yardım paketinə daxil edilə bilər. ABŞ Prezidenti Co Bayden Ukraynaya 40 milyard dollarlıq yardım paketini imzalayıb. 

Bundan əvvəl Ukrayna Prezident Aparatının rəhbəri Andriy Yermak ABŞ-ın Ukraynaya “Patriot” hava hücumundan müdafiə sistemləri göndərməli olduğuna inandığını bildirib.