Ruslar sərhəddə "İsgəndər" yerləşdirdilər...

22 may, 2022 09:31

Rusiya ordusu Belqorod vilayətində “İsgəndər-M” raket sistemlərini yerləşdirib.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı öz Facebook səhifəsində məlumat yayıb.

"Belqorod vilayətində Rusiya ordusu "İsgəndər-M" operativ-taktiki raket kompleksinin buraxılış qurğularını yerləşdirib. Bundan əlavə, onlar maddi-texniki təchizat və təmir bazaları sistemi qurur" - məlumatda deyilir.