"Cəbrayıl şəhəri və rayonun 9 kəndi işğaldan azad edilib - Prezident İlham Əliyev

04 oktyabr, 2020 20:39

Cəbrayıl şəhəri və rayonun 9 kəndi işğaldan azad edilib.

Azsiyasət.com xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Tvitter səhifəsində elan edib:

"Bu gün Cəbrayıl rayonunun Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan, Decal kəndləri işğaldan azad edilmişdir. Eşq olsun Azərbaycan ordusuna! Qarabağ Azərbaycandır!".