"Tarixi ədaləti bərpa edirik" - Ali Baş Komandan

04 oktyabr, 2020 20:43

“Biz yeni tarix yazırıq. Tarixi ədaləti bərpa edirik. Qarabağ bizim əzəli torpağımızdır”.

Azsiyasət.com xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində deyib.

“Azərbaycan xalqı əsrlər boyu bu torpaqlarda yaşayıb və yaradıb. Ancaq 30 ildir ki, erməni cəlladları tarixi torpaqlarımızı işğal edib. Tarixi abidələrimizi məhv ediblər”.