İran XİN Brüssel danışıqlarına rəy bildirdi

24 may, 2022 11:34

"İslam Respublikası ərazi bütövlüyü, regionun bütün sakinlərinin suverenliyi və hüquqlarının qorunub saxılması daxil olmaqla, münaqişələrin beynəlxalq hüquqa əsaslanan həllini dəstəkləyir".

IRNA xəbər verir ki, bunu İran XİN-in sözçüsü Səid Xətibzadə deyib.

O, Azərbaycan Respublikası və Ermənistan Respublikası liderləri arasında Brüsseldə əldə olunan razılşamaları bu cür dəyərləndirib.