Amerikalı diplomatdan etiraf - "Ukraynanı aldatdıq..."

25 may, 2022 10:58

ABŞ-ın Moskvadakı keçmş səfiri Maykl Maykfol 20 may tarixində Kanadada keçirilən “Munk Debates” beynəlxalq siyasət forumunda “Ukraynanı aldatdıqlarını” gülüşlə etiraf edib.

Forumda beynəlxalq münasibətlər professoru Stiven Volt ona belə bir sual verib: “2021-ci il boyunca Ukraynanın NATO-ya daxil ola biləcəyini söylədik. Diplomatlar Ukraynanı buna inandırmaq üçün çox səy göstərdilər. Diplomatlarımız onları inandırarkən yalan söyləyirdilər?”

Diplomat sualın cavabında gülərək deyib: “Buna inana bilirsinizmi? Diplomatlarımız Ukraynanın NATO üzvlüyü məsələsində yalan danışırdılar. Bəli! Bəli! Gerçək dünya məhz belədir!”

Maykfol bundan sonra “Tvitter”də açıqlama verərək “yalan” ifadəsini işlətdiyinə görə üzr istəyib.

Diplomat yazıb: “Yalan söyləmək” uyğun olmayan güclü bir cümlə oldu. Həmin dəqiqədə hissiyyata qapılıb Voltun dediyini olduğu kimi təsdiqlədim. Üzr diləyərək, bu sözümü geri götürürəm. Lakin NATO liderləri həqiqətən də Ukraynanın alyansa üzv olmağını istəmədən onun üzv olmasını istədiklərini ictimaiyyətə bəyan edirdilərmi? Bəli. Hamı da bunu bilirdi”.

Çıxışı ilə bağlı “Tvitter” səhifəsində daha bir status paylaşan Maykfol “Bunu hər kəs bilirdi” cümləsində nəyi nəzərdə tutduğunu yazıb: “Bayden bilirdi. Putin bilirdi. Zelenski bilirdi. Müharibədən əvvəl belə Zelenski bu məsələ ilə bağlı sözləri “ikiüzlülük” adlandırırdı. Bunların hamısı qeydə alınıb”.

Maykl Entoni Maykfol 2012-2014-cü illərdə ABŞ-ın Rusiyadakı səfiri işləyib, eyni zamanda “Vaşinqton Post” nəşri ilə əməkdaşlıq edib. Onu Obama dövrünün Rusiya siyasətinin müəyyənləşdirilməsində ən nüfuzlu şəxs hesab edirlər. Hazırda o, Stanford Universitetində siyasət üzrə professor kimi pedaqoji fəaliyyətlə məşğul olur.

Diplomat son paylaşmalarından birində yazıb: “Ukraynalılara onların nə məğlub, nə də qalib ola biləcəkləri qədər silah verməkdən daha mənəviyyatsız siyasət düşünə bilmirəm. Bu strategiya sadəcə müharibəni uzadır və ukraynalıların (həm də rusların) mənasız yerə həlak olmalarına aparır. Xoşbəxtlikdən, bu, Baydenin siyasəti deyil”.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"