İranın əxlaq polisi kimdir? - Maraqlı faktlar

22 sentyabr, 2022 11:59

İranın əxlaq polisi tərəfindən saxlanılan 22 yaşlı Məhsa Əmininin ölümü etirazlara səbəb olub, qadınlar sərt geyim qaydalarına və onu tətbiq edənlərə qarşı müqavimət əlaməti kimi hicablarını yandırırlar.

Qəşti İrşad (İrşad patrulları) İslam əxlaqına və "düzgün" geyim qaydalarına nəzarət edən xüsusi polis bölmələridir.

Ölkənin şəriət təfsirinə əsaslanan qanunlarına görə, qadınlar öz bədənlərini göstərməmək üçün uzun, geniş paltar geyinməli və saçlarını örtməlidirlər.

İddia olunur ki, sentyabrın 13-də Tehranda əxlaq polisi tərəfindən həbs edilərkən Məhsa Əmininin hicabının altından bir az saç görünürmüş.

O, təcridxanaya aparılandan bir müddət keçmiş komaya düşüb və 3 gün sonra xəstəxanada ölüb. Polis zabitləri onun başına zərbələr vurulduğunu və qadının maşınlardan birinə çırpılması barədə xəbərləri təkzib edirlər.

Nadir müsahibələrdən birində əxlaq polisində xidmət edən zabit BBC-yə anonim şəkildə iş təcrübəsi haqqında danışıb. "Bizə dedilər ki, əxlaq polisi bölmələrində çalışmağımızın səbəbi qadınları qorumaqdır. Çünki onlar düzgün geyinməsələr, kişilər provokasiyaya uyaraq onlara zərər yetirə bilər".

Zabitin dediyinə görə, onlar dörd kişi və iki qadından ibarət altı nəfərlik qruplarda işləyərək, əsas diqqəti izdihamın çox olduğu yerlərə yönəldiblər.

Zabit əlavə edir ki, geyim qaydalarını pozan kifayət qədər insanı müəyyən etməsə, komandiri onu zəif işlədiyinə görə məzəmmət edərdi.

İnqilabdan sonrakı fərman

İran hakimiyyəti qeyri-düzgün geyimlərə qarşı mübarizəyə 1979-cu il İslam İnqilabından qısa müddət sonra başlayıb və onun başlıca məqsədi qadınların təvazökar geyim qaydalarına nəzarət olub.

O vaxtlar mini ətəklər və açıq saçlar Tehran küçələrində adi mənzərə idi. Şah Məhəmməd Rza Pəhləvinin devrilməsindən əvvəl onun qərbsayağı geyimli həyat yoldaşı Fərəh müasir qadın nümunəsi kimi göstərilirdi.

İslam Respublikasının qurulmasından bir neçə ay sonra qadınların hüquqlarını qoruyan bəzi qanunlar ləğv olundu. 1979-cu ilin martında İranda hicaba qarşı etirazlar başladı.

Aksiyalar İslam Respublikasının qurulduğu ilk aylar ərzində də davam etdi.

İranda bakirəlik testinə məcbur edilən qadınlar: “Qürurum incidi, intihara cəhd etdim”

Hicaba qarşı ilk etiraz aksiyasının təşkilinə kömək edən hüquq müdafiəçisi və fəal, 78 yaşlı Mehrəngiz Kar deyir ki, yeni qaydaların tətbiqi "bir gecədə baş vermədi, bu, addım-addım gedən bir proses idi".

"İnqilabdan dərhal sonra küçələrdə qadınlara hədiyyə kağızına bükülmüş pulsuz baş örtüyü təklif edən kişi və qadınlar var idi".

7 mart 1979-cu ildə Ayətullah Ruhullah Xomeyni hicabın bütün qadınlar üçün məcburi olması barədə fərman verdi.

"Bu çıxış bir çox inqilabçılar tərəfindən qadınların başlarına hicab taxmaq əmri kimi qəbul edildi", - hazırda Vaşinqtonda yaşayan xanım Kar deyir.

"Çoxları bunun bir gecədə baş verəcəyini düşündü, buna görə də qadınlar müqavimət göstərməyə başladılar".

Əksəriyyəti qadınlar olan 100 mindən çox insan ertəsi gün - Beynəlxalq Qadınlar Günündə etiraz etmək üçün Tehran küçələrinə çıxdı.

Ayətullah Xomeyninin fərmanına baxmayaraq, qadınlar üçün hansı geyimin "uyğun" olması barədə yekun qərarın verilməsi bir qədər vaxt apardı.

"Heç bir aydın təlimat yox idi, ona görə də [onlar] ofisin divarlarına asılmış maketləri əks etdirən plakatlar və bannerlər hazırladılar. Onlar deyirdilər ki, qadınlar [hicabla bağlı] bu göstərişlərə əməl etməlidirlər, yoxsa içəri daxil ola bilməzlər", - xanım Kar izah edir.

1981-ci ilə qədər qadınlar və qızlar təvazökar "dini" tərzdə geyinməli idilər. Bu əslində bütün bədəni örtən çadra və onun altındakı baş örtüyünü nəzərdə tuturdu.

"Amma məcburi hicaba qarşı mübarizə fərdi səviyyədə davam etdi. Biz çadra taxmaqda və ya saçlarımızı düzgün örtməməkdə yaradıcı üsullara əl atırdıq", - xanım Kar deyir.

"Hər dəfə bizi saxlayanda, onlarla mübahisə edirdik".

1983-cü ildə parlament ictimai yerlərdə saçlarını örtməyən qadınların 74 şallaqla cəzalandırılmasına qərar verib. Bu yaxınlarda cəzalara 60 günə qədər həbs müddəti də əlavə olunub.

O vaxtdan bəri qaydalara riayət əsl mübarizəyə çevrilib. Qadınlar tez-tez ictimai yerlərdə dar geyimlər və arxaya çəkilərək saçları açıq qoyan örtüklərlə qaydaları pozurlar.

Sərt yanaşma

Bu qaydaların tətbiqi və verilən cəzaların sərtliyi hakimiyyətdə olan prezidentlərdən asılı olaraq ildən-ilə fərqlənib. Tehranın o zamankı meri, mühafizəkar sayılan Mahmud Əhmədinejad 2004-cü ildə prezidentliyə namizədliyini irəli sürərkən bu məsələdə daha mütərəqqi görünməyə çalışıb.

"İnsanların zövqləri fərqlidir və biz onların hamısına xidmət etməliyik", - o, televiziyaya müsahibəsində deyib.

Lakin onun seçkilərdə qələbə çaldıqdan qısa müddət sonra ölkədə əxlaq polisi təsis edildi. Bu vaxta qədər geyim qaydalarına qeyri-rəsmi olaraq, digər hüquq-mühafizə orqanları və hərbiləşdirilmiş birləşmələr nəzarət edirdilər.

Əxlaq polisi sərt yanaşmasına görə tez-tez tənqid edilir. Bir çox vaxt onların saxladığı qadınlar yalnız qohumlarından biri polisə gəlib təminat verəndən sonra sərbəst buraxılır.

"Polis pomadaya görə bizi saxlayandan sonra qızımla birlikdə həbs olundum", - İsfahan şəhərinin sakini BBC-yə deyir.

"Bizi polis bölməsinə apardılar və həyat yoldaşımdan istədilər ki, bizi hicabsız bayıra buraxmayacağına dair sənədə imza atsın".

Əxlaq polisi ilə bağlı şəxsi təcrübələrdə daha qəddar və qeyri-adi cəzalar qeyd olunur. Bir qadına əsasən, həbsdə olarkən polis onu üzərinə tarakanlar buraxmaqla hədələyib.

Avqustun 15-də sərt xətt tərəfdarı olan Prezident İbrahim Rəisi dini geyim qaydalarına aid məhdudiyyətlər siyahısını genişləndirən sərəncam imzalayıb.

Yeni qaydalar başı açıq qadınları izləmək və cərimələmək üçün müşahidə kameralarının tətbiqini nəzərdə tutur. Bununla yanaşı internetdə hicab qaydalarını sorğu-sual edən və onun əleyhinə məlumat yayanlara qarşı həbs cəzası təklif olunur.

Son məhdudiyyətlər həbslərin artması ilə yanaşı hicabsız fotoların və videoların paylaşımlarına təkan verib.

"Məni çox duyğulandıran və ruhlandıran odur ki, bu qızlar ilk dəfədir ki, tək deyillər. İndi qadınların yanında kişilər də dayanır", - hazırda ABŞ-da yaşayan jurnalist və fəal Məsih Alinejad deyir.

BBC Azərbaycan

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI18:37 - Avropa texnologiyaları gizli yollarla Rusiyaya ötürülüb?18:31 - Prezident WUF13-də çıxış edir - VİDEO/FOTOLAR

12 may

14:15 - "Azərbaycanla zəifləyən mədəni əlaqələri yenidən canlandırmağın vaxtıdır" - Rusiya XİN14:13 - Anklavlarla bağlı bir neçə variant nəzərdən keçirilir14:12 - Azərbaycan iqtisadiyyatı cüzi böyüdü14:10 - Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti Fəxri xiyabanda Ümummilli Liderin xatirəsini anıb - FOTOLAR

28 aprel

15:04 - Ölkə başçısı Bəxtiyar Allahverdini "Tərəqqi" medalı ilə təltif edib14:56 - Prezidentdən 5 dövlət qurumuna tapşırıq - SİYAHI14:54 - Ermənistan bu kəndi Gürcüstana verib?14:47 - Zelenski İsraili sanksiyalarla hədələyib14:28 - "Senior Talks" layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü - FOTOLAR

27 aprel

13:10 - İranın gizli gücü - Rusiya sabitliyin əsas səbəbini açıqladı13:05 - Pakistan və İrandan mühüm iqtisadi addım - Yeni tranzit dəhlizi açıldı13:01 - Azərbaycanla sərhədin delimitasiyası tezliklə davam etdiriləcək - Paşinyan

13 aprel

12:22 - Azərbaycana gəlmiş ermənilərlə görüşdən nə əldə edildi? 12:18 - 300 milyonluq uyğunsuzluq12:12 - Paşinyan və Qarabağ ermənisinin söhbəti - "Belə də davam edin"12:07 - ABŞ-də səssiz çevriliş olub