"Dolların bahalaşması bir neçə ölkəni defolta sürükləyir" - "New York Times" nəşri

27 sentyabr, 2022 17:01

“New York Times” qəzeti ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) faiz dərəcəsini artırmasının digər ölkələrə mənfi təsirindən yazıb. Belə ki, yüksək uçot dərəcəsi dünya ticarəti və tranzaksiyalarının əsas valyutası olan dolların dəyərini yüksəldir, həm zəngin, həm də yoxsul ölkələrdə iqtisadi çaxnaşmaya səbəb olur.

“Britaniyada və Avropa qitəsinin böyük hissəsində dolların güclənməsi ağrılı inflyasiyanı qidalandırır”, – məqalədə deyilir.

Dünən – sentyabrın 26-da Britaniya funt sterlinqi dollar qarşılığında rekord həddə düşüb. Öz valyutasına sərt nəzarət edən Çin isə yuanın məzənnəsini son iki ilin ən aşağı həddinə salıb, eyni zamanda düşüşü tənzimləmək üçün hərəkətə keçib.

Qəzet yazır ki, aclıq riskiylə üzləşən Nigeriya və Somalidə güclü dollar idxal olunan ərzaq, yanacaq və dərmanın qiymətini qaldırır. Güclü dollar borc içində olan Argentina, Misir və Keniyanı defolta sürükləyir, Hindistan və Cənubi Koreya kimi iqtisadiyyatlara xarici sərmayəni çəkindirmək təhdidi yaradır.

Kornel Universitetində iqtisadiyyat professoru, valyutalar haqda bir neçə kitabın müəllifi Esvar Prasad dünyanın qalan hissəsi üçün çıxılmaz durum yarandığını deyir. Ancaq onun sözlərinə görə, FED-in inflyasiyanı cilovlamaqdan ötrü aqressiv davranmaqdan başqa yolu yox idi: “Hər hansı yubanma işləri daha da pisləşdirə bilərdi”.

Dollar dünyanın əsas valyutasıdır, transmilli korporasiyalar və maliyyə qurumları harada yerləşməklərindən asılı olmayaraq, məhsula qiymət qoyanda, hesab aparanda dollardan istifadə edirlər. Dünyada tranzaksiyaların 40 faizi dollarla aparılır.

Hazırda dollar digər əsas valyutalarla müqayisədə son on illərin ən yüksək həddinə yüksəlib. Bunnu bir səbəbi dünyadakı böhranlar, o cümlədən koronavirus pandemiyasıdır:

“Narahat dünyada dollar ənənəvi olaraq sabitlik və təhlükəsizlik simvoluna çevrilib. İşlər pis gedəndə adamlar daha çox dollar alıblar. Digər tərəfdən, Birləşmiş Ştatlar üçün iqtisadi proqnozlar, qeyri-müəyyənliyə baxmayaraq, digər əksər regionlardan daha yaxşıdır”, – qəzet yazır.

Harvardda iqtisadiyyat professoru, Obama administrasiyasında baş iqtisadi müşavir olmuş Ceyson Förman deyir ki, güclü dolların ABŞ-dan inflyasiya ixracına səbəb olduğunu xatırlamır, yəni, ölkədə qismən azalan inflyasiya dünyada artır. Qəzet yoxsul ölkələrin daha böyük təsir məruz qaldığını qeyd edir. Belə ki, yoxsul ölkələr borclarını dollarla ödəməlidirlər, borc alanda məzənnənin necəliyindən asılı olmayaraq. 1980-ci illərdə Latın Amerikasında fəlakətli borc böhranına ABŞ-ın artan faiz dərəcələri səbəb olmuşdu. Qəzet qeyd edir ki, yeni araşdırma güclü dolların yeni yaranan bazarlarda iqtisadi proqresi tamamilə geri saldığını üzə çıxarıb. (Azadlıq radiosu)

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR