Dünya Bankı Azərbaycanı ciddi tədbirlər görməyə çağırır - "İqtisadi artımı cəmi 0.5 faiz ola bilər..."

14 oktyabr, 2022 22:42

Dünya Bankı "Azərbaycan – ölkə üzrə iqtisadi memorandum" adlı hesabatını yayımlayıb.

"AzPolitika.info" "Azadlıq" radiosuna istinadla xəbər verir ki, sənəddə həmin bankın ekspertləri Azərbaycan iqtisadiyyatı ilə bağlı əsas çağırışları incələyərək ölkənin dayanıqlı iqtisadi inkişafına dair təkliflər irəli sürüblər.

Hesabatda diqqət çəkilən əsas problemlərdən biri demoqrafiya və iqtisadi artımla bağlıdır və vurğulanır ki, Azərbaycanda əhalinin artım tempi azalır və əhali yaşlanır. Dövlət Statistika Komitəsinin (DSK) rəqəmlərinə görə, son 10 ildə (2011-2021) ölkədə əhalinin hər min nəfərinə düşən doğulanların sayı 19.4-dən 11.2-ə enib, başqa sözlə, 40 faizə yaxın azalıb. Əgər 10 il öncə 65 yaşı aşan insanlar ölkə əhalisinin 5.8 faiziydisə, bu gün həmin göstərici 8 faizdir.

Bununla yanaşı, ölkə karbohidrogen ehtiyatlarının tükənməsi ilə üzləşir. Eyni zamanda, aktivlərin şaxələnməsi lazımi səviyyədə deyil və qeyri-neft/qaz sektorunun artıma töhfəsi məhduddur.

Hazırda ölkənin ixrac gəlirlərinin 90 faizi məhz neft-qaz sektoru hesabına formalaşır. Belə bir şəraitdə Dünya Bankının uzunmüddətli artım simulyasiyası onu göstərir ki, sadalanan problemləri çözməkdən ötrü hər hansı ciddi siyasət tədbirləri görülməzsə, 2024-2050-ci illərdə Azərbaycanın orta illik iqtisadi artımı cəmi 0.5 faiz ola bilər.

Adambaşı göstərici baxımından bu proqnoz hətta həmin səviyyədən də aşağıdır. Dünya Bankı adambaşı ÜDM artımının 1 faizdən aşağı səviyyədən başlanmasını və 2030-cu illərin ortasında sıfıra düşməsini proqnozlaşdırır. Nəticədə adambaşı ÜDM 2020-ci ildə 5 min 900 ABŞ dollarından 2050-ci ildə 6 min 500 ABŞ dollarına yüksələcək. Bu isə 30 il ərzində məcmu artımın yalnız 11 faiz olması anlamına gəlir. 30 illik zaman müddətində 11 faizlik artım çox aşağı göstərici sayılır.

Dünya Bankının hesabatında göstərilən problemin çözüm yolları da analiz edilib. Bankın ekspertlərinin fikrincə, qeyri-neft/qaz sektorunda məhsuldarlığın artırılmasına və insan kapitalının inkişafına çalışılsa, artım bərpa edilə bilər.

Azərbaycan iqtisadiyyatını qarşıdakı illərdə gözləyən təhlükələrdən iqtisadi idarəetmənin təkmilləşdirilməsi, institusional kapitala yatırımların artırılması da xilas edə bilər. Bankın gerçəkləşdirdiyi islahat simulyasiyaları göstərir ki, Azərbaycanda 2024-2050-ci illər ərzində iddialı islahatlar aparılsa, orta illik artım 1.7 faiz bəndi daha yüksək olar. Bu səviyyədə artım reallaşsa, adambaşına ÜDM həcminə ciddi təsir gözlənilər.

Əgər ciddi islahatlar aparılsa və sadalanan problemlər həllini taparsa, 2050-ci ildə Azərbaycanda adambaşına ÜDM 10 min 250 dollara yüksələ bilər. Bu, ortastatistik Azərbaycan vətəndaşının həmin müddətdə baza göstərici ilə müqayisədə 40 faiz zənginləşməsi deməkdir. Buna nail olmaq üçün uzunmüddətli artımın aparıcı qüvvəsi kimi qeyri-enerji sektorunda məhsuldarlıq yüksəldilməli və insan kapitalı gəlişməlidir.

Nəzərə almaq lazımdır ki, dövlət sərmayələrinin genişlənməsi və investisiya səmərəliliyinin artırılması 2030-cu ilədək bəlli səviyyədə əlavə artım gətirə bilər. Ancaq azalan marjinal fayda göstərir ki, dövlət yatırımları uzunmüddətli artımı şərtləndirən aparıcı qüvvə kimi qala bilməyəcək.

Dayanıqlı iqtisadi inkişafa nail olmaq baxımından uzunmüddətli artımın sabit tempinin təmin edilməsi də ayrıca önəm daşıyır. Axı artım tempi dayanıqlı olmazsa, iqtisadiyyat da sürətli artım tempi göstərə bilməz. Azərbaycan iqtisadiyyatının neft-qaz gəlirlərindən yüksək səviyyədə asılı olması ölkənin gəlirlərinin kəskin azalma ehtimalını hər zaman aktual edir. Bu baxımdan, "kəskin artım-tənəzzül" dövriliyindən qurtulmaq ölkə iqtisadiyyatı üçün çox vacibdir. Neft gəlirlərindən yüksək asılılıq Azərbaycanı neft qiymətlərinin qeyri-sabitliyindən, gəlirlərin tükənmə ehtimalından və real valyuta məzənnəsinin dəyişkənliyindən qaynaqlanan risklərə məruz qoyur. Hesabatda bildirilir ki, büdcə-vergi, monetar və bank-maliyyə sektorlarında aparılan siyasət həmin riskləri səmərəli şəkildə idarə edə bilməyib.

Hesabatda o da qeyd edilir ki, neft-qaz sektorundan yüksək asılılıq makroiqtisadi risklərlə yanaşı, enerji keçidi ilə də bağlı çətinliklər törədə bilər. Axı qlobal enerji istehlakında ənənəvi enerjidaşıyıcılardan imtina olunması və bərpa olunan enerji mənbələrinə keçid karbohidrogen ehtiyatları hasilatının iqtisadi səmərəliliyini, əlavə hasilat üçün stimulu da azalda bilər. Bu isə ölkənin enerji resurslarından qazandığı gəlirləri ciddi risk altında qoyur.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR