Ombudsmanın hesabatında nə var, nə yoxdur…

06 mart, 2023 16:22

Azərbaycan İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) illik hesabatı artıq Milli Məclisə təqdim edilib və parlamentin İnsan hüquqları komitəsində müzakirə edilib.

Qanunvericiliyə görə, hesabat ili (2022) bitdikdən sonra iki aydan gec olmayaraq Ombudsman illik məruzəni prezidentə təqdim edir və həmin məruzə ilə Milli Məclis qarşısında çıxış edir.

Hesabatda bildirilir ki, il ərzində 201 başçəkmə həyata keçirilib. Bunlardan 82-si Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin tabeli müəssisələrinin, 36-sı Daxili İşlər Nazirliyinin müəssisələrinin payına düşür: "Başçəkmələr zamanı 2 min 25 şəxslə konfidensial görüş keçirilib. Onlardan 36-sı Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən Ombudsmana görüş xahişi ilə bağlı ünvanlanan məktubda adları qeyd edilən şəxslər olub. Həmin şəxslərin hüquqlarının təmini vəziyyəti öyrənilib, müraciətləri dinlənilib, bir çox məsələlər yerində həll edilib, digər hallarla bağlı aidiyyəti dövlət qurumlarına müraciətlər edilib".

Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Fazil Mustafa isə "Turan"a deyib ki, problem çox olduğundan hamısını bir məruzədə əhatə etmək çətindir: "Ombudsman olmasın, başqa qurum olsun. Çünki kütləvi şəkildə bir sıra qanunların işləməsi mexanizmində problemlər yaranır və bir çox qurumlarda bunun həyata keçirilməsi, yaxud da onun düzəldilməsi istiqamətində addım atmırlar".

Komitə üzvü qeyd edib ki, buna görə də məruzə bilavasitə real vəziyyəti tam mənada əks etdirmir: "Xüsusilə də istehlakçıların hüquqlarını pozan elementlər var. Həm tibb müəssisələrində, həm digər iaşə sektorunda işçilərin hüquqlarının pozulması ilə bağlı xeyli problemlər var. Qadın hüquqlarından tutmuş, təhsil hüququna və azadlıq hüququna qədər bir çox məsələlərdə müəyyən dərəcədə düzəlmə imkanı olduğu halda, bu edilmir. Geniş islahatlar aparılmalıdır ki, həmin sahələrdə nöqsanlar qaldırılsın".

Vətəndaş Hüquqları İnstitutunun sədri Bəşir Süleymanlı isə AzadlıqRadiosuna bildirib ki, həmin məruzələr sadəcə formallıqdır: "Ombudsmanın əvvəlki illərdə verilən hesabatlarda biz təxminən eyni məlumat toplusunu görürük. Yəni, burada əsas insan hüquq və azadlıqlarını əhatə edəcək problemlərin qaldırılması ilə bağlı biz nüanslara rast gəlmirik və ya bu istiqamətdə qanunvericilik bazasının təkmilləşməsinə ehtiyacların qiymətləndirilməsi ilə bağlı heç bir məlumat olmur".

Hüquq müdafiəçisinin sözlərinə görə, Ombudsman aparatı tam müstəqil, hökumətin nəzarəti altında olmayan bir institut kimi formalaşmalıdır: "Onun hesabatları həm insan hüquqlarını ehtiva edən qanunvericiliklə bağlı problemləri aşkara çıxarmaq, həm də fundamental insan haqlarına aid problemləri dilə gətirmək kimi məsələlər üzərində qurulmalıdır. Amma, təəssüf ki, biz bunları görmürük. Məsələn, "Media haqqında", "Siyasi partiyalar haqqında" və digər qanunlar kifayət qədər məhdudlaşdırıcıdır, amma Ombudsman Aparatının bununla bağlı heç bir reaksiyası yoxdur".

Əvvəlki illərdə də hüquq müdafiəçilərinin Ombudsmanın illik hesabatları ilə bağlı tənqidləri eşidilib. Xüsusilə də tənqidlərdə hesabatda təcridxanalarda konkret işgəncə hallarına toxunulmaması geniş yer alıb. Amma Ombudsman Aparatı tənqidləri, bir qayda olaraq, əsaslı saymayıb.

23 noyabr

11:22 - "Putin vacib güzəşt edib": Sülh yaxınlaşırmı? - "The Washington Post"

18 noyabr

16:49 - Özəlləşdirilməsi təklif olunan dövlət müəssisələri açıqlandı16:46 - Paşinyan yeni Konstitusiya layihəsini paylaşdı

01 noyabr

18:31 - Veysəloğlu Şirkətlər Qrupunun tərəfdaşlığı ilə ADA Məktəbində növbəti xeyriyyə məqsədli "Məhsul bayramı" keçirilib - FOTOLAR18:28 - Azərbaycanla sərhəddə raketlər yerləşdirildi18:26 - İran Zəngəzur dəhlizi ilə bağlı iki tələb irəli sürdü18:24 - Rusiya Türk Dövlətləri Təşkilatına qoşulmağı məqsədəuyğun sayır

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR