"Azərbaycanla Ermənistan arasında yeni savaş başlaya bilər" - ABŞ kəşfiyyatı

10 mart, 2023 10:58

ABŞ kəşfiyyatı Azərbaycanla Ermənistan arasında yeni müharibənin anonsunu verir.

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi, federal Kəşfiyyat Bürosu, Müdafiə Kəşfiyyatı İdarəsi və Milli Təhlükəsizlik Agentliyinin rəhbərləri Konqresə 2023-cü ilə dair “Qlobal risklər” mövzusunda illik hesabat təqdim edib.

Hesabatda Azərbaycan-Ermənistan münasibətlərinə də yer ayrılıb. ABŞ kəşfiyyatı hesab edir ki, Azərbaycan hərbi təzyiqdən istifadə edə bilər və bölgədə yeni hərbi eskalasiya riski var.

“Hərbi qüvvələrin dövlətlərarası sərhədə yaxınlığı, atəşkəs mexanizminin olmaması və Azərbaycanın irəliləyiş üçün hərbi təzyiqdən istifadə etmək istəyini nəzərə alaraq, sülh müqaviləsi olmadığı müddətdə Ermənistanla Azərbaycan arasında vəziyyət qeyri-sabit olaraq qalacaq. Hər iki ölkənin Silahlı Qüvvələrinin sərhəddə olması eskalasiya ehtimalını artırır, lakin mümkün toqquşmaların müddəti və intensivliyi məhdud olacaq”, - ABŞ kəşfiyyatı proqnozlaşdırır.

Təhlildə qeyd olunur ki, qoşunların sərhədə yaxın ərazidə olması silahlı toqquşma riskini artırır,.

Qeyd olunur ki, 2021-ci ilin may ayından başlayaraq Azərbaycan-Ermənistan sərhədində və Qarabağda müntəzəm olaraq hərbi toqquşmalar baş verir.

“Münaqişənin ən güclü alovlanması 2022-ci ilin sentyabrında baş verib. Münaqişə 300-ə yaxın insanın ölümünə səbəb olub”, - hesabatda qeyd olunur.

Vurğulanır ki, sülh danışıqlarında müəyyən irəliləyiş əldə olunub, lakin dövlət sərhədləri və Qarabağın gələcəyi ilə bağlı ən çətin məsələlər həll olunmaqdan uzaqdır.

Əslində təəccüblü deyil və bölgədəki proseslər, xüsusilə öhdəliklərini yerinə yetirməyən Ermənistanın sərgilədiyi mövqe və yeni risklər yaratması eskalasiyanın qaçılmaz olduğu fikirlərini önə çıxarır. Rəsmi Bakı İrəvana ən yüksək səviyyədə xəbərdarlıq edib və lazım olacağı təqdirdə, yenidən güc tətbiqindən çəkinməyəcəyini bildirib. ABŞ kəşfiyyatının da bu proqnozu gözləntiləri bir qədər də artırır.

Və mümkün hərbi eskalasiyanın hansı ssenari üzrə ola biləcəyi sualını da ön plana çıxarır.

Burada iki istiqamət üzrə hərbi hərəkətlilik ehtimalı görünür.

Birinci, sərhəd boyunca delimitasiyanın praktiki olaraq həyata keçirilməsidir: SSRİ dövründə əkin və otlaq sahəsi adı altında Ermənistana verilən ərazilər, o cümlədən, 1990-cı illərdə işğal edilən Qazaxın 7 kəndi və Naxçıvanın Kərki kəndi qaytarılmalıdır; Ermənistan bu məsələdən yayınmağa çalışır, lakin Bakı dəfələrlə bildirib ki, bu kəndlər və ərazilər delimitasiya prosesində həllini tapmalıdır, əks təqdirdə, iş hərbçilərin öhdəsinə düşür;

İkincisi, Zəngəzur dəhlizinin açılması istiqamətində məcburetmə addımlarıdır: Azərbaycan 10 noyabr razılaşmasına uyğun olaraq Laçından maneəsiz yol verilməsini təmin edib, Ermənistan isə Naxçıvana maneəsiz keçid vermək öhdəliyindən imtina edir, buna paralel olaraq, rəsmi Bakının Laçın və Zəngəzur dəhlizinin eyni rejimdə işləməsi – nəzarət keçid-məntəqələrinin qurulması təklifini rədd edir;

Azərbaycan və Ermənistan arasında mümkün hərbi eskalasiyanın bu istiqamətlərdə ola biləcəyi istisna deyil.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR