Ali Məhkəmənin sədri kim olmalıdır? - Məqsəd məhkəmə-hüquq sistemini düzəltməkdir, yoxsa...

13 mart, 2023 17:43

Ali Məhkəmənin sədri kim olmalıdır: Əli Hüseynli, Çingiz Əsgərov, yoxsa...

2023-cü il mart ayının 6-da Ali Məhkəmədə tədbir keçirildi və ali məhkəmə orqanına 18 rəhbərlik edən Ramiz Rzayev tutduğu vəzifə ilə vidalaşmalı oldu. Bu ilin əvvəlindən etibarən yerli mətbu orqanlarında onun səlahiyyət müddətinin başa çatdığı və tezliklə Ali Məhkəmənin sədri postundan gedəcəyi ilə bağlı məlumatlar tirajlanırdı. R.Rzayevin vəzifədən gedəcəyi təqdirdə Ali Məhkəmənin sədri vəzifəsinə ən iddialı namizədlərin adları da işıq üzü görməyə başladı. Söhbət Milli Məclisin I vitse-spikeri Əli Hüseynli və Ali Məhkəmə sədrinin I müavini Çingiz Əsgərovdan gedir. Bəs, hakimiyyətdə hər iki namizədi dəstəkləyən kimlərdir?

Azsiyaset.com hər iki namizədin hakimiyyətdəki hansı iri ranqlı məmurlar tərəfindən dəstəkləndiyi ilə bağlı qısa araşdırma aparıb. Məlum olub ki, həm Ə.Hüseynli, həm də Ç.Əsgərov hakimiyyətdəki köhnə komandanın iri ranqlı və yaşlı məmurlar tərəfindən dəstəklənir. Bu məmurlar 2019-cu ildən ölkədə aparılan islahatlardan kənarda qalmağı bacarsalar da, yaxın gələcəkdə onların da vəzifədən gedəcəyi gözlənilir. Bu o deməkdir ki, köhnə komandanın dəstəklədiyi hər hansı namizəd Ali Məhkəmənin sədri postuna gətirilsə, nəticə uğurlu olmayacaq və məhkəmə-hüquq sistemində heç bir islahat aparılmayacaq.

Əslində isə Ali Məhkəmənin sədri postuna gətiriləcək namizədin seçiminə konseptual və praqmatik baxış olmalıdır.

Bu baxımdan, ortaya belə bir sual çıxır: hakimiyyət ölkədə məhkəmə-hüquq sistemində islahatlar aparmaq istəyir, yoxsa yox!? Yox əgər məqsəd məhkəmə-hüquq sistemini yenidən külli miqdarda gəlirlərin axdığı yeni bazar kimi konfiqurasiya etməkdirsə, o zaman deməyə söz qalmır.

Çingiz Əsgərov Prezident Administrasiyasında işləyib, Avropa Məhkəməsində Azərbaycanı təmsil edib, o, kifayət qədər savadlı, ziyalı və nümunəvi insandır. Azərbaycan reallığını nəzərə alsaq, bu posta gətiriləcəyi təqdirdə onun kimi insanın nə dərəcədə müqavimət hissinə malik olacağı, köhnə komandanın “akula”larının içərisində baş çıxarıb-çıxarmayacağı və nəticədə məhkəmə-hüquq sistemində islahatlara getmək üçün möhkəm qətiyyətə sahib olacağı dərin ümidlər yaratmır.

​​​​​​​

Eləcə də Əli Hüseynli... Uzun müddət qanunvericilik sahəsində çalışan I vitse-spikerin namiədliyi Ədliyyə nazirliyinin rəhbərliyi tərəfindən dəstəklənir. Məhkəmə-hüquq sistemindəki tükürpədici neqativlər onu deməyə əsas verir ki, Ə.Hüseynli bu sahədə daha dərin problemlər yaradacaq və bu sahədə heç bir pozitiv nəticə əldə olunmayacaq. Köhnə və problemlərlə dolu sistemin irəli sürdüyü namizəd islahatlara gedə bilməz.

Hesab edirik ki, Ali Məhkəmənin sədri postuna gətiriləcək şəxsə yanaşma məhkəmə-hüquq sistemində aparılmalı olan ciddi islahatlara yanaşma ilə eynilik təşkil etməlidir. Yəni, bu məsələdə fərdi maraqlar yox, ölkənin məhkəmə-hüquq sisteminin sağlamlaşdırılması maraqları önə çəkilməlidir.

Düşünürük ki, bu tələbələrə cavab verən, dövlətə bağlı olan namizədlər də olmamış deyildir. Ölkənin məhkəmə-hüquq sistemində on illərdir yığılıb qalan ağır problemlər movcuddur, bu günə qədər bu sahədə baza qanunlar qəbul edilib, mühüm qərarlar verilib və ali məhkəmə orqanına rəhbərlik edəcək şəxs bu problemləri “genetik” və mikro xüsusiyyətlərinə qədər dərindən bilən şəxs olmalıdır.

Yuxarıda adıçəkilən namizədlər ölkənin ənənəvi və klassik reallığından - “gələn, gedənin atasına rəhmət oxutdurur” prinsipindən kənara çıxa bilməyəcklər.

Azsiyaset.com

23 noyabr

11:22 - "Putin vacib güzəşt edib": Sülh yaxınlaşırmı? - "The Washington Post"

18 noyabr

16:49 - Özəlləşdirilməsi təklif olunan dövlət müəssisələri açıqlandı16:46 - Paşinyan yeni Konstitusiya layihəsini paylaşdı

01 noyabr

18:31 - Veysəloğlu Şirkətlər Qrupunun tərəfdaşlığı ilə ADA Məktəbində növbəti xeyriyyə məqsədli "Məhsul bayramı" keçirilib - FOTOLAR18:28 - Azərbaycanla sərhəddə raketlər yerləşdirildi18:26 - İran Zəngəzur dəhlizi ilə bağlı iki tələb irəli sürdü18:24 - Rusiya Türk Dövlətləri Təşkilatına qoşulmağı məqsədəuyğun sayır

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR