ABŞ-ın Zəngəzurla bağlı məkri - Mübahisəli sənəd yayıldı

21 aprel, 2021 10:54

Tarixçi alim, dosent Zaur Əliyev Zəngəzurun ermənilərə necə verilməsi ilə bağlı indiyə qədərki tarixi faktlardan fərqli bir araşdırma ilə çıxış edib.

Azsiyasət.com kult.az-a istinadla xəbər verir ki, Zəngəzur Ermənistanın sovet hakimiyyətini qəbul etməsi qarşılığında bolşevik Rusiyasının ermənilərə hədiyyəsi kimi tarixdə təsbit edilib. Belə ki, 1920-ci il 10 avqustda Rusiya K(b)P-nin Qafqaz Bürosu Azərbaycanın bolşevik rəhbərliyinin razılığı olmadan Naxçıvanın Şərur-Dərələyəz bölgəsini Ermənistana vermək bərədə qərar çıxarır, Qarabağ və Zəngəzur isə Azərbaycanla Ermənistan arasında “mübahisəli ərazilər” elan olunur. 1920-ci il noyabrın 29-da Ermənistanda sovet hakimiyyətinin qurulduğu elan olunur, bir gün sonra, 1920-ci il noyabrın 30-da Azərbacan K/b/P MK Siyasi və Təşkilat bürolarının birgə iclasının qəbul etdiyi qərarla Zəngəzur Ermənistana verilir.

Z.Əliyev isə Zəngəzurun Azərbaycan Cümhuriyyəti zamanı verilməsi barədə iddia ilə çıxış edib və ABŞ Konqresindən əldə etdiyi sənədləri paylaşıb.

Təbii olaraq sual yaranır: Zəngəzur iddia edildiyi kimi, 1920-ci ilin yanvarında artıq ermənilərə verilmişdisə, onda 1920-ci ilin 10 avqustunda Rusiya K(b)P-nin Qafqaz Bürosu niyə bu qədim yurdumuzu “mübahisəli ərazi” adlandırmalı idi?

Bu təzadlara və mübahisələndirmələrə baxmayaraq, tarixçi alimin yazısının ictimaiyyətə və tarixçilərə təqdim edirik:

Zəngəzurun ermənilərə verilməsinin memarı Amerika Birləşmiş Ştatatları, Azərbaycan Cümhuriyyətinin qurucularını aldadan isə Antanta dövlətlərinin Ermənistana ali komissar təyin etdiyi ABŞ ordusunun polkovniki V.Haskelin müavini polkovnik Ceyms Rey idi.

Qısa desək, Zəngəzurun və hətta Naxçıvanın ermənilərə verilməsi Amerikanın istəyi və planı idi, bu planın reallaşması və həyata keçməsi üçün təlimat alaraq bura göndərilən Ceyms Rey idi.

İndi daha ətraflı:

Zəngəzurun 1919-cu ildə ermənilərə verilməsini göstərən, 1919-cu il noyabrın 23-də Tiflisdə üç Cənubi Qafqaz respublikasının təmsilçilərinin iştirakı ilə keçirilən sülh konfransının danışıqlarının stenoqramının surəti və müqavilənin üz qabığını sizlərə təqdim edirəm. Bu sənədi uzun zamandır axtarırdım və nəhayət, Amerika Konqres kitabxanasına yazdığım məktubun cavabı gəldi. Sənədin tam surətini mənə elektron formada göndərdilər.

Demək, Ermənistanla Azərbaycan arasında bağlanan bu sazişi Azərbaycan və Ermənistanın baş nazirləri N.Yusifbəyli və A.Xatisov, təminatçı sifəti ilə ABŞ tərəfindən Ceyms Rey və Gürcüstanın xarici işlər naziri E.Gegeçkori imzalamışdılar.

Bu sazişin imzalanmasına aparan yol 1919-cu il yanvarın 25-də Azərbaycan hökumətinin mühüm bir qərarı idi: “Şuşa, Cavanşir, Cəbrayıl və Zəngəzur qəzaları Gəncə quberniyasının tərkibindən çıxarılaraq, həmin qəzalardan ibarət Qarabağ general-qubernatorluğu yaradılsın”.

Şuşa şəhəri general-qubernatorluğun mərkəzi seçildi.

Azərbaycanın birinci hökumətində hərbi nazir olmuş Xosrov bəy Sultanov Qarabağ general-qubernatoru təyin edildi. Ermənilərin narahat olduğunu görən, Zəngəzurun Azərbaycan Cümhuriyyəti tərkibində qalmasına qarşı çıxan Amerika dərhal üçtərəfli görüş keçirilib, “sülh sazişi”nin imzalanması tapşırığını Ceyms Reyə verir. Bu tapşırıq gələnə qədər Azərbaycan Cümhuriyyətinin ordusu Zəngəzuru ermənilərdən tamam təmizləmək üzrə idi. Xosrov bəy Sultanov, Sultan bəy Sultanovun başçılığı ilə ordu erməniləri geri qovmaqda davam edirdi. Müharibədə ermənilərin geri çəkilməsi, məğlub olması Amerikanı çox narahat edirdi. Buna görə də amerikalı polkovnikin inadı və məkrli planı ilə ikitərəfli sazişi imzalamaqla Ermənistan və Azərbaycan hökumətləri razılığa gəlmişdilər ki, bundan sonra silaha əl atmayacaqlar, hər iki hökumət Zəngəzura gedən yolların açılması üçün tədbirlər görəcək, sərhəd məsələləri də daxil olmaqla, bütün mübahisəli problemlər sülh konfransının qərarına qədər yalnız sülh yolu ilə həll ediləcək, barışıq əldə edilmədikdə polkovnik Ceyms Rey münsiflər məhkəməsi sifətində tədbirlər görəcək, danışıqlar aparmaq üçün iki ölkə bərabər sayda nümayəndələr seçəcək və mübahisəli məsələlər müzakirə ediləcək, tərəflər bu sazişin müddəalarına vicdanla əməl edəcəklər.

Müqavilənin 3-cü maddəsinə belə bir bəndin - “Ermənistan-Azərbaycan sülh konfransı tərəfindən məsələ həll olunana qədər Zəngəzurun administrativ idarəçiliyi Amerika Birləşmiş Ştatları nümayəndəsinin nəzarəti altında qalmalıdır” - əlavə edilməsi Ceyms Reyin əl-qolunu açırdı və ona geniş səlahiyyət verirdi. Buna görə də Azərbaycan ordusu regionda sülhün bərqar olması üçün Ceyms Reyin təkidi ilə Zəngəzurdan çıxmalı olur. Azərbaycan Cümhuriyyəti amerikalı polkovnikə, yəni Amerikaya güvəndiyi üçün, qan tökülməsinin qarşısının alınması üçün bu addımı atır.

Amerikanın planının ikinci mərhələsi bundan sonra işə düşür: Azərbaycan ordusunun çıxması ilə Zəngəzur qəzasının Oxçupir, Davidan, Atqız, Şəbədək, Anişu və Quşçular kəndlərinə ermənilər hücum edərək, kütləvi qırğınlar törədib, Girətag və onun ətraf kəndlərini, Dərələyəz qəzasında isə Köçbəy, Qısır, Martiros, Qayalı, Leyliqaçan, Vəlyalar, Göyərçin, Çaykənd və İtdil kəndlərini ələ keçirib azərbaycanlıları ordan qovurlar. Bu hücumlar 1920-cı ilə qədər davam edir və o ilin yanvarın 21-dən 26-dək Zəngəzurun 3-cü sahəsində 48, 4-cü sahəsində 3 kəndi işğal edərək bütün kəndlərinin işğalını başa çatdırırlar.

Erməni qüvvələrinin böyük hərbi üstünlüyü qarşısında Zəngəzurdan Naxçıvana və ətraf ərazilərə görünməmiş bir qaçqın axını başlayır. Zəngəzurdan qonşu Cəbrayıl və Cavanşir uyezdlərinə təxminən 50 min nəfər sığınmaq məcburiyyətində qalır.

Ermənilərin bu basqınları nəticəsində ümumilikdə 100-dən çox kənd məhv edilir, ümumi ölü sayı 10 minə çatır. Zəngəzur tamamilə azərbaycanlılardan boşadılmağa başlayır.

Bu hadisəyə qədər 72% azərbaycanlı, 28% isə erməni yaşayan Zəngəzurda azərbaycanlıların sayı kəskin azalır. Ermənilər bura köç edərək məskunlaşmağa başlayırlar.

Bununla bağlı Paris sülh konfransında da Azərbaycan nümayəndələri Ceyms Reylə görüşüb, ona lazımi materiallar təqdim etmişdilər. Lakin bu sənədlər və materiallar Amerika Prezidentinə və Antanta üzvü olan dövlət başçılarına təqdim edilmədi. Çünki polkovnik Ceyms Rey ermənilərin maraqlarını müdafiə edirdi.

Beləliklə, Zəngəzur məsələsi Paris Sülh Konfransında müzakirədən kənarda qaldı.

Naxçıvan isə Azərbaycanın ərazisi kimi qaldı. 1920-ci ilin yanvarında sonuncu Amerika əsgəri Naxçıvan torpağını tərk etdi. Beləliklə, bölgə əhalisinin güclü müqaviməti və inadlı mübarizəsi, Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin isə ciddi diplomatik səyləri bu növbəti təxribat aktının qarşısını vaxtında aldı və ermənilərin Naxçıvanı ABŞ-ın yardımı ilə ələ keçirmək niyyətinin növbəti dəfə həyata keçirilməsinin qarşısı alındı.

Bir sözlə Azərbaycan Cümhuriyyətinə qarşı ən böyük düşmən siyasəti keçirən amerikalılar sadəcə Zəngəzuru ermənilərə verib gedirlər, Naxçıvan və Qarabağ isə Cümhuriyyətin sayəsində Azərbaycan tərkibində qalır.

13 aprel

12:22 - Azərbaycana gəlmiş ermənilərlə görüşdən nə əldə edildi? 12:18 - 300 milyonluq uyğunsuzluq12:12 - Paşinyan və Qarabağ ermənisinin söhbəti - "Belə də davam edin"12:07 - ABŞ-də səssiz çevriliş olub

06 aprel

12:38 - Tehran bütün ölkələrə müraciət etdi12:34 - "Bu təhlükəli və psixi problemli adam..." - Məşhur senator Trampa qarşı12:31 - Prezidentin rəsmi qarşılanma mərasimi oldu - FOTOLAR

01 aprel

12:18 - ran raketləri türk siyasətçinin adı ilə bəzədildi12:15 - BƏƏ Hörmüzə görə İranla müharibəyə hazırlaşır - "The Wall Street Journal"12:12 - "Onlar Hörmüzdən keçə bilməz" - Pezeşkian12:10 - Bu qurumların istintaq orqanları birləşir - Nə yenilik olacaq?

24 mart

15:53 - "Bəzi ölkələrdə iqtisadi çöküş qaçılmaz olacaq" - Hörmüz boğazı bağlı qalarsa...15:51 - "Euronews" Qlobal Bakı Forumu ilə bağlı reportaj yayımladı15:49 - Pezeşkianın fərmanı ilə yeni təyinat - Laricaninin yerinə o gətirildi

21 mart

20:22 - Ya Donbasdan geri çəkil, ya da yardım kəsiləcək!20:19 - İran müharibənin bitməsi üçün şərtlərini açıqladı

18 mart

13:09 - Vaşinqtonda istefalar başladı: Antiterror Mərkəzinin direktorundan Trampa ittihamlar - "İsraillilərin bizi minlərlə amerikalının həyatına başa gələn fəlakətli..."13:02 - DTX-nın ifşa etdiyi şəxsin arxasında xaricdəki qüvvələr dayanır - Komitə sədri12:59 - "İran atəşkəsə razı deyil, amma..." - Əraqçi sülh şərtlərini açıqladı

05 mart

19:31 - İlham Əliyev İrandan tələb edir - "İran Azərbaycana izahat verməlidir, üzr istəməlidir"19:25 - Yaxın Şərqdəki müharibəni kim dayandıra bilər? 19:23 - PUA-ların sayı 4 imiş: "İran dərs vaxtı məktəbi hədəf alıb" - Müdafiə Nazirliyi19:22 - "Silahlı Qüvvələrimiz bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib" - İlham Əliyev

16 fevral

12:33 - Postsovet ölkəsinə xəbərdarlıq olundu - Ukraynanın aqibəti ilə üzləşəcəksiniz12:29 - "Müharibə olsa, İrana köməyə hazırıq..." - Taliban sözçüsü12:27 - "Müharibə bu il bitməyəcək" - Amerikalı general ABŞ-ı ittiham etdi

11 fevral

11:30 - "Rusiya ilə bizi qarşıdurmaya sürükləyə bilməzlər" - Paşinyan11:27 - "Bakı və İrəvan arasında sülh anlaşması pozularsa..." - Pol Qobl11:22 - "Azərbaycan Ermənistan mallarının öz dəmir yolu ilə ixracı imkanını təsdiqləyib" - Paşinyan

09 fevral

15:13 - Peskov Ankoriç ruhunun sirrini açdı - Ukrayna müharibəsində böyük sıçrayışın 28 gizli bəndi