"Tərtər işi" hüquqi və həqiqi qiymətini almalıdır - Əslində Vətənə xəyanət edən kimlərdir?

23 aprel, 2021 09:14

Əsgərlərin “dindirilmək” (əslində işgəncələrə məruz qoymaq və öldürmək) üçün aparıldığı rayonun adına görə "Tərtər işi" adlandırılan cinayət dosyesini gündəmə hansı qütb daşıdı: Qərb, yoxsa Rusiya?

Vətənə xəyanətdən ağır cinayət və günah varmı? Tarixçi K.London vətənə xəyanəti ən dəhşətli və insan orbitindən çox kənarda dayanan addım adlandırırdı.

Müharibə şəraitində olan ölkələrdə qanunların sərtləşdirilməsi normal haldır. Baxmayaraq ki, 1998-ci ildə Azərbaycanda ölüm hökmü ləğv edilib.

Sual olunur:

Ölüm hökmü ləğv edilibsə, Vətənə xəyanət edənlər gizli şəkildə öldürülərsə, bunu normal hal kimi qiymətləndirmək olarmı? Yaxud hərbçilərin işgəncələrlə öldürülməsi niyə etiraf edilmədi? Ləğv edilən ölüm hökmünə görəmi?

Hərbçiləri qətlə yetirənlər niyə Azərbaycan qanunlarına riayət etmədilər? Axı Vətənə xəyanət edən şəxs qanunla on iki ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Deməli, aysberqin görünməyən tərəfləri var.

Birinci səhv: Azərbaycan ordusunda erməni casuslarını işgəncə verməklə axtardılar. Kor-koranə, sadəcə işgəncə verməklə! Bu, qatıqdan tük çəkməyə, iynə ilə qəbir qazmağa bənzəyir.

İkinci səhv: Həqiqi xainləri dövlətə təslim etmək əvəzinə onları qorudular, daha sonrakı mərhələlərdə qəhrəman kimi təbliğ etdilər. Həqiqi xainlər öz xəyanətlərni ört-basdır etmək üçün kimsəsiz hərbçilərə divan tutmalı oldular.

Hərbçilərimizin işgəncələrlə öldürülməsinə bu günə qədər həqiqi və hüquqi qiymətin verilməməsi göstərir ki, əsl xainlər böyük və hüdudsuz gücə sahibdirlər.

Üçüncüsü səhv: 2017-ci ilin may ayında baş verən qətl hadisələrindən sonra valideynlərin qorxudan, çaşqınlıqdan doğan susqunluğunun son həddini hesablaya bilmədilər. Övladları öldürülən valideynlər hara qədər susa bilərdilər?

Hələ illər öncə tarixi səhvə yol verdik: Azərbaycan ordusunda “zampalit” (təlm-tərbiyə) sistemi darmadağın edildi.

Orduda vətənə xəyanətin birinci səbəbi ideyasızlıqdır. Hərbçi ideyasızlıqdan aclıq çəkirsə, ordu üçün ağır nəticələrə fəsadlara səbəb ola bilər. O zaman düşünək: Azərbaycan ordusunda “zampalit” sistemini kim darmadağın etdi, nüfuzlu hərbçi “zampalit”lərimizi kim həbsə atdırdı? Nəcməddin Sadıkov! Adlar çəkərək mövzunu uzatmaq da xoş deyil. Amma uzun illər ərzində orduda baş verən həbslərin xronologiyasını təhlil etsək, çox məsələlərdən agah olarıq.

Orduda nə baş vermişdi və söhbət hansı xəyanətlərdən gedir? Aprel döyüşlərindən və ondan sonrakı dövrdə Ordu rəhbərliyinin hansı uğursuzluqları onları dilemma qarşısında qoymuşdu?

Ordu rəhbərliyindən hansı uğursuzluqların hesabı sorulurdu və onlar bu uğursuzluqları “xain” adı altında sıravi hərbçilərin üzərinə niyə atdılar?

“Tərtər işi”ni gündəmə kimlər gətirdi?

Şahidlərin, işgəncəyə məruz qalanların valideynlərinin, hərbçilərə qarşı baş verən əsl fiziki və mənəvi terror hərəkətlərini uzun müddətdir araşdıran şəxslərin fikirləri, onların konkret hədəflər göstərməsi məsələnin siyasi yükünü daha da artırır. Heç şübhəsiz, Azərbaycan hərbçilərinə qarşı belə bir ağır cinayətləri həyata keçirənlər Rusiyanın Azərbaycandakı milyardlarla sərvətə, böyük siyasi-iqtsiadi gücə malik olan şəbəkəsidir. Bu şəbəkənin ən “unikal” və “vitrin” obrazı isə Nəcməddin Sadıkovdur!

Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus bu məsələni gündəmə daşıyan ilk şəxslərdəndir. Diqqət ediriksə, onun “Tərtər işi” cinayətinə yanaşması digərlərindən tamamilə fərqlidir. L.Yunusun istisnasız olaraq, bu hadisələri regional müstəvidə predmet kimi qiymətləndirməsi, birbaşa dövləti hədəf piştaxtasına çıxarmağa cəhdi sübut edir ki, o, özbaşına danışmır. Yəni, “Tərtər işi”nin ictimailəşməsi, Azərbaycan cəmiyyətində əsas müzakirə mövzusuna çevrilməsi Qərbdə müəyyən dairələrin, institutların istəyinin olması ehtimallarını çox artırır.

Qərbin bu məsələdə məqsədi nə ola bilər?

Sanki “Tərtər işi” Qərblə Rusiyanın Azərbaycanda toqquşma nöqtəsidir. Qərb bu yolla Azərbaycana təzyiq etməklə, çoxbaşlı oynamış olur.

Məsələn:

Birincisi, Azərbaycana təzyiq edir və məcburiyyət qarşısında qoyur ki, Rusiyanın buradakı casus şəbəkəsi aşkar olunsun. Şəksiz, Qərb bunu bizi istədiyindən etmir, Rusiyanın casus şəbəkəsinin deşifrə olunması Azərbaycan-Rusiya arasında görünməz çatlar yarada bilər. Qərbə də bu lazımdır

Son vaxtlar baş verən nə varsa, bu proseslərin əksəriyyəti birbaşa Qarabağla bağlıdır. Artıq şübhə də qalmır və belə çıxır ki, əgər 44 günlük müharibə olmasa idi, bəlkə “Tərtər işi” bu dərəcədə gündəmə çevrilməyəcəkdi.

Artıq o həddə çatıb ki, bu məsələ dövlət tərəfindən nəzarətə götürülməli və təxirəsalınmaz addımlar atılmalıdır. Və heç şübhəm yoxdur ki, gizli də olsa, bu proses çoxdan başlayıb və dövlət öz işini görür, məqamı çatanda konkret addımların da şahidi olacağıq.

İkincisi, “Tərtər işi”ndən Azərbaycana birbaşa təzyiq etməklə, Qarabağla əlaqədar hansısa planda yer almaq niyyətindədir.

Nəzərə almaq lazımdır ki, Azərbaycanda Qərbin müəyyən dairələrinə bağlı olan casuslar (daha çox siyasi) Rusiyaya bağlı casuslardan daha çox ifşa olunublar. Rusiyanın casus şəbəkəsi daha peşəkar işləyir, yoxsa necə? Bəlkə Rusiyanın ölkəmizdəki casus şəbəkəsi daha güclüdür deyə, bu mümkün olmur?

Proses başlanmalıdır və orduya etimad tamamilə bərpa olunmalıdır

“Tərtər işi” hüquqi və həqiqi qiymətini almalıdır. Hazırda ölkə gündəminin əsas mövzusu - hüquqi həlli ölkə əhəmiyyətli məsələyə çevrilən “Tərtər işi” cinayətidir.

Vacib məqamlardan biri budur ki, 2017-ci ildə işgəncələrə məruz qalan hərbçilər içərisində elələri var ki, onlar 2020-ci ilin 44 günlük Vətən savaşında iştirak edərək qəhrəmanlıqlar göstəriblər. Hətta təltif olunublar. Bəs bu adamlara niyə işgəncə verilib?

İstintaqı aparanlar belə bir absurd və iyrənc addımı necə atıb?

Azərbaycan ordusu 44 günlük savaşda öz milli kimliyini bir daha təsdiqləmiş oldu, lakin “Tərtər işi” açılmadıqca, orduya olan inam və etimad da tam bərpa olunmuş hesab olunmayacaq. Əslində söhbət işgənclərə məruz qalan təkcə yüzlərlə hərbçidən, onların minlərlə qohumlarından, tanışlarından, ətrafından da getmir. Artıq ictimaiyyəti ciddi narahat edən məsələlər var.

Məsələn, əgər həqiqi xainlər 2017-ci ildə cəzalandırılmışdısa, o zaman 2020-ci il 44 günlük savaş zamanı daha ağır xəyanətlərlə bağlı söz-səhbətlər niyə yaranırdı? Bu dəfə daha böyük xəyanətdən və daha böyük başlardan söhbət gedirdi? Həbs edilən generallar, vəzifəsindən alınan Nəcməddin Sadıkov.., bütün bunları hara yazaq?

O zaman bu suala cavab verilməlidir: Siz bütün xainləri cəzalandırmamışdınız, yoxsa həqiqi xainləri? Siz həqiqi xainləri tapıb cəza vermişdinizsə, yenidən daha böyük xainlər necə peyda oldular?

Xaini Azərbaycan bayrağına bükərlərmi?

2017-ci ilin iyununda işgəncələrlə öldürülən gizir Ruslan Ocaqverdiyevin həyat yoldaşı deyir: “… səhəri o hissəyə yollanıb və bundan sonra zənglərə cavab vermədi. Onda narahat oldum, axşama qədər zəng etdim və narahatlığımın səbəblərini qonşulara danışdım. Daha sonra hərbçilər ərimin aparıldığını dedilər, lakin hara və niyə aparıldığını demədilər. Sonra həmin axşam bizə onun onun yaralandığını dedilər, amma daha heç bir təfərrüat olmadı. Dedilər ki, sabaha qədər gözləyək. Biz bütün gecə yatmadıq. Səhər isə qayınatam mənə zəng edib dedi ki, hissədən ona bildiriblər ki, ərim ölüb. Ölüm səbəbi kimi məşq zamanı ürəyinin dayandığını bildirdilər. Onda telefonu atıb küçəyə qaçdım, baxdım ki, bütün qonşular artıq yığışıb. Başa düşdüm ki, onlar artıq hər şeyi bilir, amma mənə deyə bilmirlər”.

Qonşular ərinin cəsədini qəbul edib dəfn etmək üçün ona kömək edirlər.

Ancaq bir məqam olur. Deməli, məscidə gələn hərbçilər müsəlman adətinə görə cəsədin yuyulmasına icazə vermirlər. Cəsədin özü isə artıq kəfənə bükülmüş və bayraqla örtülübmüş.

O zaman sual olunur: R.Ocaqverdiyev Vətənə xəyanət etmişdisə, onun cəsədini niyə Azərbaycan bayrağına bükülərək evinə göndərmişdilər? Xainlərin cəsədlərinə Azərbaycan bayrağını bağlayarlarmı? Xeyr! Ruslan da böyük bir cinayətar şəbəkənin qurbanına çevrilib.

Hərbçilərimizə işgəncə verən, daha sonra həbs edilən şəxslərin ifadələrindən belə anlaşılır ki, əgər işgəncə zamanı hərbçilərimiz erməniyə casusluq etdiklərini etiraf etsəydilər, onlar öldürülməyəcəkdi.

Deməli.., cənablar! Öldürülən hərbçilərə bəraət verin! Onların yaxınlarını illərdir “xain” ailə adı ilə rüsvay olub, təmizləyin bu ləkəni! Həqiqi canilərini həbs edin, lap elə asın, öldürün! Amma gələcək nəsillərə, övladlarımıza içində bu boyda xain şəbəkə olan dövlət miras qoymayın, “dövlət içində dövət quran” casusları zərərsizləşdirin!

Və unutmayaq…

Bu cinayəti həyata keçirənlərin əsas məqsədlərindən biri Azərbaycan ordusunun döyüş qabiliyyətini aşağı salmaq, Orduda milli ruhu məhv etmək və xalqın Orduya olan inamını kökündən baltalamaq olub. Bəs Azərbaycanın belə bir orduya sahib olması kimə sərf edərdi? Əlbəttə ki, Rusiyaya…

Artıq ortaya siyasi iradə qoyulmalıdır! Əmin olmaq lazımdır ki, xalq dövlətinin yanında olacaq. Qalib ölkənin ordusu üzərində olan bu ləkə təmizlənməlidir.

Samir Feyruzov,

Azsiyasət.com

16 fevral

12:33 - Postsovet ölkəsinə xəbərdarlıq olundu - Ukraynanın aqibəti ilə üzləşəcəksiniz12:29 - "Müharibə olsa, İrana köməyə hazırıq..." - Taliban sözçüsü12:27 - "Müharibə bu il bitməyəcək" - Amerikalı general ABŞ-ı ittiham etdi

11 fevral

11:30 - "Rusiya ilə bizi qarşıdurmaya sürükləyə bilməzlər" - Paşinyan11:27 - "Bakı və İrəvan arasında sülh anlaşması pozularsa..." - Pol Qobl11:22 - "Azərbaycan Ermənistan mallarının öz dəmir yolu ilə ixracı imkanını təsdiqləyib" - Paşinyan

09 fevral

15:13 - Peskov Ankoriç ruhunun sirrini açdı - Ukrayna müharibəsində böyük sıçrayışın 28 gizli bəndi15:11 - Şagirdlər "İdrak" liseyini tərk edir15:08 - Dələduzluğa görə həbs edilən dəstə başçısı - Ev dustaqlığına buraxıldı

02 fevral

14:25 - FED-də dəyişiklik bazarları silkələdi - Qızıl və gümüş "çökdü", neft ucuzlaşdı14:23 - "Xalq" qəzetində keçirilən görüşdə Veysəloğlu Şirkətlər Qrupu tərəfindən qocaman jurnalistə dəstək ifadə edilib - FOTOLAR12:37 - Azərbaycanda MTK-ların "qara siyahı"sı yaradıla bilər12:34 - Prezidentdən Azərbaycan gənclərinə müraciət - YENİLƏNİB09:47 - İran ABŞ üçün şərtlərini açıqladı

28 yanvar

14:53 - 60 min boş iş yeri haradadır? - Agentlik sədrinin müəmmalı açıqlaması14:52 - Orduya böyük sərmayə qoymuşuq...14:50 - Ohanyan üzə çıxdı - "Azərbaycan XTQ-ni, Ermənistan isə polisi gücləndirir"14:48 - "Araz" supermarketlər şəbəkəsi 15 illiyini qeyd edir

26 yanvar

14:38 - ABŞ-da qətl: təhlükəsizlik qüvvələri vətəndaşı güllələdi - Bəs demokratiya nağılı?14:34 - "Təcavüzə ağır cavab veriləcək" - Bəqai14:31 - Çinin ikinci şəxsi ABŞ casusu olub? - QALMAQAL

21 yanvar

10:27 - "Biz üç ildən artıq dövrdə Avropaya qaz ixracını 13 milyard kubmetrə çatdırmışıq" - İlham Əliyev10:22 - Azərbaycan Trampın dəvətini qəbul edib, Sülh Şurasına qoşulub10:17 - Qızılın qiyməti yenə rekord qırdı - Bu il qızılın qiyməti nə qədər olacaq?

16 yanvar

10:41 - Azərbaycandakı sayt və sosial şəbəkələrdə əxlaqsız paylaşımlar qadağan edildi - DETALLAR10:37 - Qəddafinin qızı İran xalqına müraciət edib - "İmperialistlərin aldatıcı sözlərinə və şüarlarına inanmayın"10:36 - Avropa Komissiyası 8 ölkə üçün silah kreditini təsdiqlədi

07 yanvar

16:40 - Erməni təcavüzü nəticəsində nə qədər vətəndaşımız itkin düşüb? - Dövlət Komissiyası16:34 - Ucuz məhsul keyfiyyətsizdirmi? - Ekspertlərdən açıqlama16:32 - "Cənab səfir, bizə cavab verin!"