Vaşinqton Çinlə uzunmüddətli mübarizəyə başlayıb - Hansı güc qalib gələ bilər?

04 iyun, 2021 15:19

Amerika Birləşmiş Ştatlarının mübarizə apardığı iki ölkə var – Rusiya və Çin. Amerikada bu iki ölkədən hanısını özləri üçün daha təhlükəli sayırlar? Vaşinqtonda Rusiyanı SSRİ-nin varisi kimi qiymətləndirsələr də, bu ölkəni keçmiş sovetlər birliyindən zəif kimi dəyərləndirirlər. 

Çin Rusiyadan fərqli olaraq həm hərbi, həm də iqtisadi zəmində güclənməkdə davam edir. Əlbəttə, Çin Rusiya kimi qonşu ölkələrin torpaqlarını işğal etmir, ancaq Pekinin artan gücü onu əhatə edən ölkələri, o cümlədən ABŞ-ın ciddi narahat edir.

Moskvada ABŞ-Çin qarşıdurmasını ciddi izləyir və analiz edirlər. Bu mənada Rusiyanın məşhur “Valday” diskussiya klubunun ABŞ-Çin münasibətləri barədə hazırladığı son hesabat diqqəti çəkir. Hesabatda qeyd edilir ki, ABŞ-la Çin arasında münasibətlər “soyuq müharibə” illərinin gərginliyini xatırlatmır. “Soyuq müharibə” illərində SSRİ ilə ABŞ arasında münasibətlər gərgin olsa da, hər ikisi müəyyən oyun qaydalarına tabe idi. ABŞ-Çin gərginliyi isə heç bir qaydalara tabe deyil. Hesabatda digər fərqlər də göstərilir:

“Birincisi, Çin keçmiş SSRİ-dən fərqli olaraq ABŞ-la açıq qarşıdurmaya can atmır.

İkincisi, Çin SSRİ-dən fərqli olaraq öz ideologiyasının ixracına çalışmır.

Üçüncüsü, hazırki mübarizədə ideoloji koalisiyalar yoxdur. Misal üçün Avropa İttifaqı ABŞ-ı dəstəkləsə də, Çinə qarşı koalisiyada yer almaq istəmir”.

Hesabatda ona da diqqət çəkilib ki, ABŞ-la Çin uzun illər möhkəm ticarət tərəfdaşı olublar: “Donald Tramp prezident seçildikdən sonra Vaşinqtonun Çinə siyasəti dəyişdi. ABŞ-ın 2017-ci ildə hazırladığı milli təhlükəsizlik strategiyasında Çindən gələn təhlükənin miqyası artırıldı. Çinin və Rusiyanın siyasəti Amerikanın maraqları və dəyərlərinə tamamilə tərs kimi qiymətləndirildi. Amerikada hesab edirlər ki, Çin regional layihələr və investisiyalar vasitəsilə başqalarını öz təsiri altına salmağa çalışır. Amerikada gəlinən bir başqa qənaət bundan ibarətdir ki, iki ölkə arasında diplomatik münasibətlərin qurulmasından 40 il keçdikdən sonra Çin Amerikanın liderliyinə, təhlükəsizliyinə və iqtisadiyyatına başlıca təhlükədir. Ona görə də bu ölkə hədəf alınmalıdır”.

Rusiyalı hesabat müəllifləri Amerikanın Çinə qarşı siyasətini bu şəkildə qiymətləndirirlər: “Amerika Çinə təzyiqi davam etdirəcək. Vaşinqtonun əsas məqsədi ABŞ-ın dünyadakı hegemonluğuna mane olan Çinin təsir imkanlarını minimuma endirməkdir. Amerikanın beynəlxalq aləmə təsir imkanları azalmamalıdır. Buna baxmayaraq, Amerikanın Çinlə rəqabəti açıq qarşıdurmaya və hərbi münaqişəyə çevrilməyəcək”.

Hesabat müəllifləri Çinin Amerikaya meydan oxumasını aşağıdakı kimi sıralayıblar:

“Birincisi, Çin bazar iqtisadiyyatına malik dövlətlərlə ədalətsiz rəqabət aparır.

İkincisi, Pekin Amerikanın dəyərlərini aşağılamağa çalışır.

Üçüncüsü, Çin öz ordusunu və hərbi texnikasını gücləndirməklə məşğuldur”.

Həqiqətən əgər Çin keçmiş illərdə yalnız iqtisadiyyatını gücləndirməklə məşğul idisə, hazırda hərbi-sənaye kompleksini də sürətlə modernləşdirir. Bunu ilk anlayan Barak Obamanın administrasiyası oldu və müvafiq addımlar atmağa başladı. Hesabat müəllifləri hesab edirlər ki, ABŞ-Çin qarşıdurması uzun illər davam edəcək, nəticə isə bəlli deyil.

Çin keçmiş illərdə xarici siyasətdə ehtiyatlı idi, başqalarının işlərinə qarışmırdı. Başqa sözlə Çin xarici siyasətdə passiv idi. Ancaq 2000-ci illərdən başlayaraq durum dəyişdi. Çin hazırda ətraf aləmdə hegemoniyasını gücləndirməyə çalışır və azad cəmiyyətlərə müxtəlif təhlükələr yaradır. Bu təhlükəni Amerika ilə yanaşı, Avropa İttifaqı və Çinə qonşu olan Hindistan, Yaponiya və Avstraliya kimi dövlətlər də görür və birgə mübarizə metodları barədə düşünürlər.

Bəs “Valday” klubunun ekspertləri ABŞ-Çin qarşıdurmasının gələcəyini necə görürlər?

Hesabat müəllifləri hesab edirlər ki, Çin hərbi qüdrətini artırmaqda davam edəcək. Çin həmin qüdrətini zaman-zaman nümayiş etdirməyə də çalışacaq. Misal üçün Çin son bir neçə ildə Hindistanla sərhəddə toqquşmalara şərait yaradıb və nəticədə hər iki tərəfdən itkilər olub. Və ya Çin özünə yaxın adalarda hərbi istehkamlar qurur ki, bu həmin adalara yaxın olan Yaponiyanı ciddi narahat edir. Buna görə də Yaponiya İkinci Dünya Müharibəsindən sonra formalaşdırdığı pasifist Konstitusiyasında bəzi dəyişikliklər etməyə qərar verib. Həmin dəyişikliklərə görə Yaponiya ordusunu gücləndirmək hüququ əldə edəcək. Halbuki, İkinci Dünya Müharibəsindən sonra ABŞ Yaponiyaya böyük ordu saxlamağı qadağan etmişdi. Ancaq hazırda Amerikanın özü Çin təhlükəsi qarşısında Yaponiyanın güclü ordusunun olmasını zəruri sayır.

Rusiyalı müəlliflər adətən ABŞ-Çin qarşıdurmasının baiskarı kimi Vaşinqtonu göstərməyə çalışırlar. Bu belə olsaydı, Çinin siyasətindən yalnız Amerika narazı qalmalıydı. Məsələ burasındadır ki, Çinin siyasətindən narazı qalanların sayı çoxalır. Bu sıraya Çin hakimiyyətinin ölkədəki milli azlıqlara, o cümlədən uyğurlara qarşı yürütdüyü siyasəti də əlavə etmək lazımdır.

Beləliklə, beynəlxalq birlik və ekspert dairələri iki güc – ABŞ-la Çin arasındakı mübarizədə kimin qalib gələcəyəyini proqnozlaşdırmağa çalışırlar. SSRİ ilə mübarizədə ABŞ qalib gəldi. Çünki ABŞ SSRİ-ni daxildən zəiflətməyə nail oldu. Amerika Çinlə mübarizədə də eyni taktikadan istifadə etməyə çalışır. Ancaq Çinin müqaviməti daha uzun çəkəcək. Kreml bu mübarizədə Amerikanın qalib gəlməsini istəmir. Kreml eyni zamanda Çinin Rusiyadan üstün olmasında da maraqlı deyil.

“Atlas” Araşdırmalar Mərkəzi

13 aprel

12:22 - Azərbaycana gəlmiş ermənilərlə görüşdən nə əldə edildi? 12:18 - 300 milyonluq uyğunsuzluq12:12 - Paşinyan və Qarabağ ermənisinin söhbəti - "Belə də davam edin"12:07 - ABŞ-də səssiz çevriliş olub

06 aprel

12:38 - Tehran bütün ölkələrə müraciət etdi12:34 - "Bu təhlükəli və psixi problemli adam..." - Məşhur senator Trampa qarşı12:31 - Prezidentin rəsmi qarşılanma mərasimi oldu - FOTOLAR

01 aprel

12:18 - ran raketləri türk siyasətçinin adı ilə bəzədildi12:15 - BƏƏ Hörmüzə görə İranla müharibəyə hazırlaşır - "The Wall Street Journal"12:12 - "Onlar Hörmüzdən keçə bilməz" - Pezeşkian12:10 - Bu qurumların istintaq orqanları birləşir - Nə yenilik olacaq?

24 mart

15:53 - "Bəzi ölkələrdə iqtisadi çöküş qaçılmaz olacaq" - Hörmüz boğazı bağlı qalarsa...15:51 - "Euronews" Qlobal Bakı Forumu ilə bağlı reportaj yayımladı15:49 - Pezeşkianın fərmanı ilə yeni təyinat - Laricaninin yerinə o gətirildi

21 mart

20:22 - Ya Donbasdan geri çəkil, ya da yardım kəsiləcək!20:19 - İran müharibənin bitməsi üçün şərtlərini açıqladı

18 mart

13:09 - Vaşinqtonda istefalar başladı: Antiterror Mərkəzinin direktorundan Trampa ittihamlar - "İsraillilərin bizi minlərlə amerikalının həyatına başa gələn fəlakətli..."13:02 - DTX-nın ifşa etdiyi şəxsin arxasında xaricdəki qüvvələr dayanır - Komitə sədri12:59 - "İran atəşkəsə razı deyil, amma..." - Əraqçi sülh şərtlərini açıqladı

05 mart

19:31 - İlham Əliyev İrandan tələb edir - "İran Azərbaycana izahat verməlidir, üzr istəməlidir"19:25 - Yaxın Şərqdəki müharibəni kim dayandıra bilər? 19:23 - PUA-ların sayı 4 imiş: "İran dərs vaxtı məktəbi hədəf alıb" - Müdafiə Nazirliyi19:22 - "Silahlı Qüvvələrimiz bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib" - İlham Əliyev

16 fevral

12:33 - Postsovet ölkəsinə xəbərdarlıq olundu - Ukraynanın aqibəti ilə üzləşəcəksiniz12:29 - "Müharibə olsa, İrana köməyə hazırıq..." - Taliban sözçüsü12:27 - "Müharibə bu il bitməyəcək" - Amerikalı general ABŞ-ı ittiham etdi

11 fevral

11:30 - "Rusiya ilə bizi qarşıdurmaya sürükləyə bilməzlər" - Paşinyan11:27 - "Bakı və İrəvan arasında sülh anlaşması pozularsa..." - Pol Qobl11:22 - "Azərbaycan Ermənistan mallarının öz dəmir yolu ilə ixracı imkanını təsdiqləyib" - Paşinyan

09 fevral

15:13 - Peskov Ankoriç ruhunun sirrini açdı - Ukrayna müharibəsində böyük sıçrayışın 28 gizli bəndi