Neft ölkələrinin gəlirləri kəskin azalır - Azərbaycanda da hasilat aşağı düşür: hökumət nə etməlidir?

05 iyun, 2021 00:44

"Rystad Energy" beynəlxalq konsaltinq şirkəti pandemiyanın neft-qaz resursları ilə zəngin ölkələrin vergi gəlirlərinə təsirini araşdırıb. Üzə çıxıb ki, ötən il hasilatın düşməsi və qiymətlərin ucuzlaşması hökumətlərin neft və qaz sektorundan əldə etdiyi vergilərin miqdarını 560 milyard dollaradək azaldıb. Halbuki pandemiyadan öncə neft-qaz sektorunun ödədiyi vergilərin həcmi 1 trilyon dolları aşırmış. Deməli, bir ildə təxminən 45 faiz azalmadan söhbət gedir.

Araşdırma müəlliflərinin fikrincə, neft-qaz sektorundan əldə edilən vergi miqdarı bir daha heç vaxt 1 trilyon dollar həddinı ötməyə bilər. Bərpa olunan enerji qaynaqlarına və enerjinin səmərəlilik tədbirlərinə öncəlik verildiyindən "enerji keçidi prosesinin başlanması buna əsas səbəb kimi göstərilir.

"Rystad Energy"nin proqnozuna görə, bu il qlobal neft-qaz vergiləri 975 milyard dollara çatacaq və bu, neft-qaz sektorundan toplanan vergilərin 1 trilyon dollarlıq göstəriciyə yaxınlaşacağı son il olacaq. Proqnozlara əsasən, həmin göstərici 2022-ci ildə 800 milyard dollar, 2030-cu illərin əvvəllərində isə təxminən 900 milyard dollar olacaq. Ardınca sürəkli azalma başlanacaq. Sözügedən göstərici 2040-cı ildə 580 milyard dolları, 2050-ci ildə isə təxminən 350 milyard dollar aşmayacaq. Neft-qaz ölkələri iqtisadi şaxələnməyə nail olmasa və resurs asılılığını azaltmasa, 2050-ci ilədək 5 trilyon dollara yaxın vergi gəliri itirilə bilər.

İqtisadiyyatı neft və qaz gəlirlərindən çox dərəcədə asılı ölkələri yüksək, orta və aşağı risk qrupuna bölən araşdırıcılar Azərbaycanı yüksək risk qrupuna daxil ölkələrdən sayıblar. Enerji keçidi prosesi Azərbaycanın da neft və qaz sektorundan əldə etdiyi vergi gəlirlərini azaldacaq.

Son günlərdə dünya bazarlarında neft qiymətlərinin yüksəlməsi gözə çarpır. "Bloomberg" agentliyinin xəbərinə görə, qiymət artımına səbəb olan əsas amillər neftə tələbin qismən canlanmasıyla bağlıdır. İranın Vyanadakı diplomatik danışıqlar nəticəsində günlük, ən azı, 1 milyon barrel neftlə qlobal bazara dönəcəyi ssenarisinin hələ reallaşmaması da bunda rol oynayır.

Azərbaycan neftinin qiyməti də uzun aradan sonra 70 dollar həddini aşıb. Bu qiymət əvvəlki aylarla müqayisədə önəmli artım sayılsa da, Azərbaycan Dövlət Neft Fonduna "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokundan daxil olan vəsaitin həcmi azalıb. Bu ilin ilk beş ayı ərzində "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlarından Neft Fonduna 1 milyard 850 milyon dollar daxil olub. Halbuki ötən ilin eyni dövründə bu rəqəm 2 milyard 106 milyon dollar idi. Bu o deməkdir ki, son bir il ərzində yataqlar vasitəsi ilə əldə edilən gəlirlər 256 milyon dollar və ya 14 faiz azalıb. Azalmaya səbəb iki əsas amil - neftin nəqli ilə bağlı xərclərin artması və hasilatın azalmasıdır.

"BP Azerbaijan" şirkətinin məlumatına görə, bu ilin ilk rübü ərzində "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunda hasilat gündə ortalama 484 min barrel olub. Bu göstərici yataqlar blokunda hasilatın rüb ərzində 44 milyon barrel, yəni 6 milyon ton həcmində olduğunu göstərir. Ancaq ötən ilin birinci rübündə həmin yataqlarda günlük hasilat 524 min barrel idi, yəni rüb ərzində 48 milyon barrel və ya 6.4 milyon ton neft hasil edilmişdi. Bu göstərici "Azəri-Çıraq-Günəşli" yataqlarında neft hasilatının bir il əvvələ görə 10 faizə yaxın azaldığını göstərir.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban azpolitika.info-ya bildirib ki, Neft Fonduna daxilolmaların azalmasının əsas səbəbi hasilatın azalması ilə bağlıdır. Onun sözlərinə görə, ötən illə müqayisədə təqribən 400 min tondan çox azalma var. Ekspert gəlirlərin azalmasının bir səbəbinin də ACG çərçivəsində yeni platformanın tikintisi ilə əlaqədar kapital xərclərinin artması ilə bağlı olduğunu vurğulayıb.

İlham Şaban hesab edir ki, hasilatın azalmasının dayandrılması üçün investisiya lazımdır. Çünki istismar olunan yataqlar artıq qocalıb, neft verimliliyi getikcə aşağı düşür.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR