Azərbaycandan ABŞ-a aparılan itlər quduz çıxdı, dövlətlərarası araşdırma başladı - Hökumətə yarım milyon dollara başa gələ bilər

20 iyun, 2021 18:17

ABŞ-ın xəstəliklərə nəzarət və profilaktika Mərkəzi (CDC) Azərbaycandan bu ölkəyə xilasedicilər qrupu tərəfindən aparılan itlərdən birində quduzluq xəstəliyinin aşkar edilməsindən sonra ictimai səhiyyə sahəsində dövlətlərarası təhqiqat başladıb.

Azsiyasət.com virtualaz.org-a istinadla xəbər verir ki, bu haqda “The Washington Post” yazır. Bildirilir ki, ən azı 12 nəfər həmin itlə təmasda olub.

Quduzluğa yoluxmuş it iyunun 10-da Çikaqonun О’Hare beynəlxalq aerportuna gələn 33 it və bir pişikdən ibarət qrupun arasında olub. Heyvanlardan başqa heç birinin hələlik quduzluq testi müsbət çıxmayıb, lakin onların hamısının virusa  yoluxduğu hesab edilir.  CDC bəyan edib ki, О’Hara beynəlxalq aerportundan səyahət edənlər və itlərin gətirildiyi təyyarənin göyərtəsində olanlar riskə məruz qalmayıblar.

CDC tərəfindən aparılan testlər göstərib ki, it hələ Birləşmiş Ştatlara gətirilməzdən əvvəl yoluxub. Həmin partiyada gətirilən digər heyvanlar Kaliforniya, İllinoys, İndiana, Miçiqan, Nyu-Cersi, Nyu-York, Ohayo və Pensilvaniya ştatlarına çatdırılıblar.

Çikaqo, О’Hare aeroportu

“Quduzluq virusunun bu variantı bir çox digər ölkələrdə mövcuddur və bizə ABŞ-da həmin virusun kökünü kəsmək üçün onilliklər lazım olub”,-AB ictimai səhiyyə Xidmətindən veterinar-həkim, eyni zamanda CDC-də quduzluq epidemiyasına qarşı mübarizə şöbəsinə rəhbərlik edən  Rayan Uolles bildirib.

Azərbaycandan ABŞ-a quduz itin aparılması xəbəri CDS tərəfindən quduzluğun yayılması riskinin yüksək olduğu təxminən 100 ölkədən  Birləşmiş Ştatlara itlərin gətirilməsinə qoyulan qadağanın qüvvəyə minməsindən bir ay əvvələ təsadüf edib. Azərbaycan həmin ölkələr siyahısındadır.

Rayan Uolles

CDC mütəxəssisləri Azərbaycandan getmiş xilasedicilər qrupu ilə işləyərək virus daşıyan heyvanın təsirinə məruz qala biləcək yerləri müəyyən etməyə çalışırlar. Həmin qrupdakı itlərin bir çox artıq heyvan sığınacaqlarına yerləşdirilib. CDC həmin xilasedicilər qrupunun hansı təşkilata mənsub olduğunu açıqlamayıb.

Bildirilir ki, Azərbaycandan aparılan itdə aşkarlanmış quduzluq virusunun kökü Birləşmiş Ştatlarda ötən əsrin 70-ci illərində kəsilmişdi, lakin 90-cı illərində ABŞ-Meksika sərhədi yaxınlığındakı ərazilərdə yaşayan qarışıq cins itlərdə yenidən həmin virus aşkarlanmışdı.

“Bizə 50 il lazım olub ki, itlərin peyvəndlənməsi qanunu işləyib hazırlayaq və adi veterinar infrastrukturunu yaradaq. ABŞ-da itlərin quduzluğa qarşı peyvəndlənməsi 50 il ərzində çox yüksək səviyyədə olub və biz bu virusun kökünü kəsə bilmişdik”,-Uolles bildirib. O, əlavə edib ki, ötən əsrin 40-50-ci illərində, daha sonra 60-cı illərdə itlər arasında yayılan quduzluq virusu hər il yüzlərlə adamın ölümünə səbəb olurdu.

Uolles bildirib ki, itlər arasında yayılan quduzluq virusu əsasən Afrikada və Asiyada olmaqla ildə 59 min adamın ölümünə səbəb olur. Bu virus adətən it dişləməsi nəticəsində insana keçir. Uolles qeyd edib ki, quduzluq virusu Birləşmiş Ştatlarda adətən hər bir neçə ildən bir meydana çıxır, əsasən xaricə səhayət etmiş şəxslər getdikləri ölkələrdə it dişləməsinə məruz qalır və vaxtında müalicə almırlar. “Ölkəyə gətirilən itlərdə virus aşkarlanması halları da olur, amma bunlar bir qayda olaraq saxta sənədlərə görə baş verir. Yəni həmin itlərin sahibləri heyvanın quduzluğa qarşı peyvənd olunduğu haqda saxta arayışlar təqdim edirlər”,- CDC rəsmisi bildirib.

Uolles qeyd edib ki, Azərbaycandan gətirilmiş digər yoluxmuş heyvanlar virusun yayılmasının qarşısını almaq üçün karantinə yerləşdiriləcək. Onun sözlərinə görə, indiki situasiya ev heyvanlarının quduzluğa qarşı peyvənd olunmasının vacibliyini bir daha göstərir, hətta həmin heyvanlar xaricdən gətirilməyibsə belə.

“Əgər sizin itinizə vaksin vurulmayıbsa və o, yoluxmaya məruz qalıbsa variantlar maraqlı deyil. Ya sizin itiniz çox ehtiyatla evtanazaziya olunacaq, ya da başqa heyvanları yoluxdurmaması üçün uzun müddət karantində saxlanılacaq”,-Rayan Uolles deyib.

CDC bildirir ki, Azərbaycandan gətirilmiş itlərdə quduzluğun aşkarlanması nəinki ictimai səhiyyə üçün ciddi təhdid yaradır, eləcə də federal hökumətə təhqiqat aparmaq üçün 215 mindən 509 min dollara qədər xərc hesabına başa gələ bilər.

 

16 fevral

12:33 - Postsovet ölkəsinə xəbərdarlıq olundu - Ukraynanın aqibəti ilə üzləşəcəksiniz12:29 - "Müharibə olsa, İrana köməyə hazırıq..." - Taliban sözçüsü12:27 - "Müharibə bu il bitməyəcək" - Amerikalı general ABŞ-ı ittiham etdi

11 fevral

11:30 - "Rusiya ilə bizi qarşıdurmaya sürükləyə bilməzlər" - Paşinyan11:27 - "Bakı və İrəvan arasında sülh anlaşması pozularsa..." - Pol Qobl11:22 - "Azərbaycan Ermənistan mallarının öz dəmir yolu ilə ixracı imkanını təsdiqləyib" - Paşinyan

09 fevral

15:13 - Peskov Ankoriç ruhunun sirrini açdı - Ukrayna müharibəsində böyük sıçrayışın 28 gizli bəndi15:11 - Şagirdlər "İdrak" liseyini tərk edir15:08 - Dələduzluğa görə həbs edilən dəstə başçısı - Ev dustaqlığına buraxıldı

02 fevral

14:25 - FED-də dəyişiklik bazarları silkələdi - Qızıl və gümüş "çökdü", neft ucuzlaşdı14:23 - "Xalq" qəzetində keçirilən görüşdə Veysəloğlu Şirkətlər Qrupu tərəfindən qocaman jurnalistə dəstək ifadə edilib - FOTOLAR12:37 - Azərbaycanda MTK-ların "qara siyahı"sı yaradıla bilər12:34 - Prezidentdən Azərbaycan gənclərinə müraciət - YENİLƏNİB09:47 - İran ABŞ üçün şərtlərini açıqladı

28 yanvar

14:53 - 60 min boş iş yeri haradadır? - Agentlik sədrinin müəmmalı açıqlaması14:52 - Orduya böyük sərmayə qoymuşuq...14:50 - Ohanyan üzə çıxdı - "Azərbaycan XTQ-ni, Ermənistan isə polisi gücləndirir"14:48 - "Araz" supermarketlər şəbəkəsi 15 illiyini qeyd edir

26 yanvar

14:38 - ABŞ-da qətl: təhlükəsizlik qüvvələri vətəndaşı güllələdi - Bəs demokratiya nağılı?14:34 - "Təcavüzə ağır cavab veriləcək" - Bəqai14:31 - Çinin ikinci şəxsi ABŞ casusu olub? - QALMAQAL

21 yanvar

10:27 - "Biz üç ildən artıq dövrdə Avropaya qaz ixracını 13 milyard kubmetrə çatdırmışıq" - İlham Əliyev10:22 - Azərbaycan Trampın dəvətini qəbul edib, Sülh Şurasına qoşulub10:17 - Qızılın qiyməti yenə rekord qırdı - Bu il qızılın qiyməti nə qədər olacaq?

16 yanvar

10:41 - Azərbaycandakı sayt və sosial şəbəkələrdə əxlaqsız paylaşımlar qadağan edildi - DETALLAR10:37 - Qəddafinin qızı İran xalqına müraciət edib - "İmperialistlərin aldatıcı sözlərinə və şüarlarına inanmayın"10:36 - Avropa Komissiyası 8 ölkə üçün silah kreditini təsdiqlədi

07 yanvar

16:40 - Erməni təcavüzü nəticəsində nə qədər vətəndaşımız itkin düşüb? - Dövlət Komissiyası16:34 - Ucuz məhsul keyfiyyətsizdirmi? - Ekspertlərdən açıqlama16:32 - "Cənab səfir, bizə cavab verin!"