Bakı və Yerevan arasında ikitərəfli danışıqlar mümkündürmü? - - "Düşmənə təzyiq göstərməliyik..."

02 iyul, 2021 12:04

Azərbaycan Ermənistana ikitərəfli danışıqları təklif edib. Təklifi iyunun 30-da Xarici İşlər naziri Ceyhun Bayramov Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının 43-cü iclasında səsləndirib.

O bildirib ki, Azərbaycan Ermənistana sərhəd delimitasiyası və demarkasiyası ilə bağlı ikitərəfli müzakirələrə başlamağı təklif edir: “Azərbaycan Ermənistanın müsbət reaksiyasını gözləyir...".

Xatırladaq ki, Prezident İlham Əliyev də Avropalı deputatlarla görüşdə Ermənistanla sülh müqaviləsinin imzalanmasının zəruriliyini vurğulayıb. Dövlət başçısı bildirib ki, sülh müqaviləsi yoxdursa, ümumiyyətlə regionda sülh yoxdur.

Məlumdur ki, müharibəyə qədər və ondan sonra iki ölkə arasında istənilən danışıqlar üçüncü tərəfin vasitəsilə həyata keçirilib. Bəs hazırda Azərbaycanla Ermənistanın ikitərəfli danışıqları mümkündürmü?

Təhlükəszilik məsələləri üzrə ekspert İlham İsmayıl "AzPolitika.info"-ya bildirib ki, Azərbaycan müharibədə qalib gəldiyi halda sülh danışıqlarına başlamaq haqqında mövqeyini bildirməsinin müsbət və mənfi tərəfləri var.

Onun sözlərinə görə, bu cür mövqe ölkənin beynəlxalq imicinə yaxşı təsir edir: “Bir tərəfdən müsbət dəyərləndirilə bilər ki, Azərbaycan sülh tərəfdarıdır, normal qonşuluq prinsiplərini irəli sürür. Digər tərəfdən düşməndə o fikir yaradır ki, Azərbaycan nədənsə çəkinir və tələsik sülh istəyir, ona görə də iddiasında qalmağa üstünlük verir. Təəssüf ki, ikinci variant özünü qarşı tərəfin reaksiyasında təsdiqlədi. Azərbaycan tərəfinin təklifinə münasibət bildirən Ermənistan parlamentinin xarici əlaqələr üzrə parlament komissiyasının sədri, "Mənim addımım“ fraksiyasının üzvü Ruben Rubinyan heç bir müsbət reaksiya verməyib. O bildirib ki, Azərbaycanın təzyiqi ilə Ermənistan heç bir sülh müqaviləsi imzalamayacaq və belə bir ssenarini istisna edib. Rubinyan qeyd edib ki, "o vaxt məmnunniyyətlə Azərbaycanla sənəd imzalanar ki, Bakı Dağlıq Qarabağın statusunu tanısın. Və əlavə edib ki, bu statusda əsas "Qarabağ xalqının iradəsi” qəbul olunmalıdır".

Ekspertin fikrincə, qarşı tərəf məğlub olsa da, Azərbaycanın bir daha müharibə yolu ilə münaqişəni həll etmək imkanı olmadığını vurğulayır və buna səbəb olan faktorların önündə Rusiya sülhməramlıların Qarabağda olmasını göstərirlər. 

"Onlar daha çox Minsk Qrupu həmsədrlərin status məsələsini açıq saxladıqlarına güvəndiklərini açıq deyirlər. Rubinyan hökümətin hətta “Zəngəzur dəhlizi”-nə mənfi münasibət bəslədiyini və “Ermənistan ərazisində heç bir dəhlizin olmayacağını” da qeyd edib. Konkret olaraq Rusiyanın reaksiyası yalnız onun marağına uyğun olan “Zəngəzur dəhlizi” ilə bağlı ola bilər" - deyə, İ.İsmayıl vurğulayıb.

Təhlükəsizlik eksperti hesab edir ki, sülh müqaviləsinin imzalanması, yəni Qarabağ münaqişəsinin faktiki həlli Rusiyanın maraqlarına uyğun deyil, ona görə də yaxın illərə belə bir müqavilənin imzalanacağı gözlənilmir: "Biz Ermənistana sülh təklifindən çox Azərbaycan ərazisini işğal edib vurduqları yüz milyardlarla hesablanan zərərə görə təzyiq etməli, beynəlxalq məhkəməyə verməli, kontribusiya tələb etməliyik. Gəncə və Bərdəyə atılan raketlərə görə düşməni hərbi cinayət törətdiyi üçün məhkəməyə verməliyik. Düşmən havadarlarının hesabına iddiasında qalır. Azərbaycan yumşaq diplomatiyadan imtina etməli, sərt və kəskin şəkildə düşmənə təzyiq göstərməliyik".

Milli Məclisin deputatı Aydın Mirzəzadə isə "Turan"a bildirib ki, Azərbaycanla Ermənistan arasında hər hansı birbaşa təmas olmayıb və yoxdur: "Ötən il Vətən müharibəsindən sonra Rusiyanın iştirakı ilə iki dəfə üçtərəfli sazişlər bağlandı və bütün məsələlər üçtərəfli komissiyada həll olunur".

Lakin deputatın fikrincə, artıq Ermənistanla Azərbaycan arasında birbaşa təmasın qurulma zamanı gəlib çatıb: "Azərbaycan öz ərazi bütövlüyünü təmin edib. Azərbaycan Ermənistanla sərhəd demarkasiyası məsələsini gündəmə gətirib, heç bir şərt qoymadan Ermənistanı bu məsələni həll etməyə çağırır. Belə baxanda hətta üçtərəfli komissiyada istər istəməz tərəflər bir-biri ilə bu məsələni müzakirə etməlidirlər".

A.Mirzəzadə hesab edir ki, bu baxımından Xarici İşlər naziri C.Bayramovun təklifi günün tələblərinə cavab verir: "Tərəflər bu gün demarkasiya məsələsini, Zəngəzur dəhlizinin açılması məsələsini həll edə bilər, sonra isə nə zamansa Azərbaycanla Ermənistan arasında normal ikitərəfli qonşuluq münasibətləri qurulmalıdır".

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu da C.Bayramovun təklifini müsbət qiymətləndirdiyini bildirib. Ekspertin sözlərinə görə, Azərbaycan müharibədə qələbə çalıb, torpaqlarını işğaldan azad edib: "Ona görə də Ermənistanla ciddi problemimiz qalmayıb və biz ikitərəfli danışıqlara gedə bilərik".

Politoloqun fikrincə, Ermənistan prosesə üçüncü tərəfi qatmaq istəyir: "İstər Rusiya, istər ABŞ, ya da Fransa olsun, Ermənistan onları prosesə qatmaq istəyir. Lakin sərhəd məsələsi iki ölkə arasında həll olunası məsələdir. Biz istəmirik üçüncü dövlət bu məsələyə qarışsın. Nə qədər çox Rusiya kimi dövlətlər məsələyə qarışmasa, bu, həm bizim, həm də Ermənistan üçün daha faydalı olar".

E.Şahinoğlu deyir ki, belə nümunə artıq bir dəfə olub: "İlk dəfə Rusiya vasitəçiliyi olmadan Gürcüstan, ABŞ və Avropa Birliyinin vasitəçiliyi ilə biz saxlanan Ermənistan hərbi qulluqçularını mina xəritələrinə dəyişə bildik. Bu prosesi davam etdirmək lazımdır. Düzdür, Ermənistan Rusiyadan asılıdır. Amma Nikol Paşinyan özü də bəzən Rusiyanı kənarda qoyan ssenarilərdə iştirak edə bilir".

Politoloqun fikrincə, Rusiyada müəyyən qüvvələr Azərbaycanla Ermənistan arasında ikitərəfli danışıqlar prosesinə mane olmağa çalışa bilər: "Lakin Gürcüstan vasitəsilə həmin hərbçilərini xəritələrə dəyişməsi və Rusiyanın buna mane olmaması göstərdi ki, gələcəkdə də bu istiqamətdə addımlar atıla bilər. Ona görə də Ceyhun Bayramovun bu təklifi yəqin prezidentlə də razılaşdırılıb və müsbətdir. Görək Ermənistan buna necə münasibət bildirəcək".

12 dekabr

19:55 - "Veysəloğlu" Şirkətlər Qrupu Fəxri Xiyabanda Ümummilli Liderin məzarını zyarət edib - FOTOLAR

09 dekabr

18:52 - AZAL təyyarəsinə dair yeni açıqlama - Faciənin ildönümü 18:45 - "Ukraynada prezident seçkilərinin vaxtı çatıb" - Tramp18:40 - Veysəloğlu Şirkətlər Qrupu "Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi" kitabının təqdimatında iştirak edib - FOTOLAR

08 dekabr

12:05 - Azərbaycanlı milyarderin işində gizli şahid ortaya çıxdı12:02 - İlham Əliyev iranlı naziri qəbul etdi 12:00 - Rusiya ordusu sürətlə irəliləyir... - "Telegraph"

02 dekabr

13:17 - Zelenski istefa verir? 13:12 - Quru sərhədlərin açılması məsələsi gündəmə gəldi13:10 - Rusiya Pokrovsk və Vovçanska nəzarəti ələ keçirdi

01 dekabr

11:48 - Regionda ən bahalı mobil telefon tarifləri Azərbaycandadır - "Numbeo" 11:46 - Azərbaycanla həmsərhəd ərazidə ŞƏT-in təlimləri başlayır11:43 - Əli Kərimli hansı maddə ilə ittiham edilir?

27 noyabr

14:23 - İlham Əliyev mineral daş yunu zavodunun açılışında...14:20 - "Rusiyanın raket gücü Qərbi Ukrayna üzrə sülhə razı saldı" - "The New York Times" 14:18 - "ABŞ-nin sülh planının əsas məqamları razılaşdırılıb, top Ukrayna tərəfdədir" - Lukaşenko14:15 - Deputatın oğlu bu dəfə 31 milyonluq tender qazandı

24 noyabr

10:21 - Putin Trampın "Sülh Planı"na münasibət bidirdi10:19 - İran Azərbaycanın tankerini saxlayıb? 10:18 - Avropada Ukrayna üçün yeni plan hazırlandı - TAM MƏTN

21 noyabr

13:32 - "Veysəloğlu Distribusiya"nın rəhbər heyəti Böyük Britaniyada qabaqcıl logistika təcrübəsi ilə tanış olub - FOTOLAR09:55 - Dövlət Agentliyinin sədri öz bacısından Agentlik üçün ofis icarəyə götürür09:48 - Bu il ət və ət məhsulları nə qədər bahalaşıb? - Tam siyahı09:46 - "ABŞ-nin Azərbaycanla tərəfdaşlığı ölkənin regiondakı strateji rolundan qaynaqlanır" - "Forbes" nəşri09:44 - Rusiya Kupyanskı şəhərini ələ keçirdi

19 noyabr

13:33 - Maduro ABŞ-a istefasını təklif edib - - "New York Times" 13:31 - Komitə sədri vergilərin artırılmasından danışdı13:29 - Paşinyanın silahdaşı Türkiyə ilə sərhədin tezliklə açılacağının anonsunu verdi

18 noyabr

22:12 - "Qızıl sandıq" lotereyası başladı - İndi ƏDV geri-al çekləri sizə daha çox qazandıracaq16:13 - "ABŞ Paşinyanı belə sülh sazişi hazırlamağa təşviq edə bilər" - Riç Outzen