Rusiya sərhədçiləri Əskipara kəndinə necə gəlib çıxıb?

07 avqust, 2021 13:36

Ötən gün Ermənistan Müdafiə Nazirliyi Azərbaycanla həmsərhəd Tavuş bölgəsinin Voskepar (Əskipara) kəndində Rusiya sərhəd qoşunlarının zastavasının yerləşdirildiyini təsdiqləyib. Bundan əvvəl Voskepar kəndində Rusiya sərhədçilərinin göründüyü haqda xəbərlər və fotolar sosial şəbəkələrin erməni seqmentində yayılırdı.

Azsiyaset.com virtualorg.az-a istinadən xəbər verir ki, Voskepar kəndi Azərbaycanın Yuxarı Əskipara və Aşağı Əskipara kəndləri arasında yerləşir. Vaxtilə həmin kəndin Ermənistana aid olması nəticəsində Qazax rayonunun 7 kəndi Azərbaycanın əsas ərazilərindən ayrı düşərək ekslava çevrilmişdilər. Və sonradan həmin kəndlər işğal olundu.

Müdafiə Nazirliyinin məlumatında deyilirdi ki, Voskepar kəndində yerləşdirilmiş Rusiya sərhəd zastavasının arxa cəbhə təminatı üçün tikinti işləri aparılır. Və sərhədçilərin yerləşdirilməsi Ermənistanla Rusiya arasında əməkdaşlıq çərçivəsində həyata keçirilir. Bundan əvvəl Rusiya sərhədçiləri Sünik (Zəngəzur) vilayətinin Azərbaycanla həmsərhəd ərazilərində öz postlarını (Qubadlı-Zəngilan istiqaməti) yerləşdirmişdilər. Hərçənd Ermənistan baş naziri Nikol Paşinyanın Azərbaycanla bütün sərhəd boyu Rusiya sərhədçilərinin yerləşdirilməsi haqda təklifinə Moskvada müsbət baxmırlar.

“Moskovskaya komsomolets” qəzeti rəsmi Moskvanın mövqeyi ilə regiondakı faktiki vəziyyət arasında ziddiyyətə diqqəti cəlb edərək yazıb ki, Rusiya sərhədçiləri Ermənistanın Türkiyə və İranla sərhədlərini 1992-ci il müqaviləsinə uyğun olaraq qoruyur.

Lakin bu razılaşmanı Ermənistanın Azərbaycanla sərhədlərini əhatə edəcək şəkildə genişləndirmək Moskvada birmənalı qarşılanmayıb. Çünki Azərbaycanla Ermənistan arasında sərhədlər hələ rəsmən müəyyən edilməyib-bunun üçün delimitasiya və demarkasiya işləri aparılmalıdır.

Hansı ki, avqustun 5-də Rusiya XİN-in informasiya və mətbuat depratamentinin direktor müavini Aleksandr Bikantov “sərhədlərin beynəlxalq-hüquqi rəsmiləşməsinin” olmaması şəraitində Bakı ilə Yerevan arasında etimad yaratmağın çətin olduğunu deyib. Və tərəfləri sərhədlərin delimitasiyası-demarkasiyasına dair danışıqlara çağırıb.

Yerevandakı Qafqaz İnstitutunun elmi əməkdaşı Qrant Mikaelyan deyir ki, Rusiya və Ermənistan rəsmilərinin sərhəddə rusiyalı hərbçilərin yerləşdirilməsinə dair bəyanatlarında yaranan fərqlər məsələnin hüquqi tərəfi ilə bağlı ola bilər. Müdafiə Nazirliyində rusiyalı sərhədçilərin faktiki olaraq gəldiyini təsdiq edirlər, amma Rusiya XİN bunun üçün razılaşdırılmış hüquqi statusun olmadığını bildirir. Yerevan isə gözləyir ki, Rusiya sərhədçilərinin yerləşdirilməsi hərbi eskalasiyanın səviyyəsini aşağı salacaq və sonrakı danışıqlar üçün imkan yaradacaq.

Moskva Beynəlxalq Münasibətlər İnstitutunun beynəlxalq araşdırmalar İnstitutunun baş elmi əməkdaşı Vadim Muxanov da erməni həmkarı ilə razıdır, amma hesab edir ki, fərq Rusiya sərhədçilərinin yerləşdirilməsinin hüquqi tərəfi ilə deyil, həyata keçirilən tədbirlərin miqyası ilə bağlıdır.

“Rusiya XİN-də hesab edirlər ki, rusiyalı sərhədçiləri Azərbaycanla bütün sərhəd boyu yerləşə bilməz, amma ayrı-ayrı nöqtələrdə onların yerləşməsi tamamilə mümkündür. Demək olmaz ki, iki ölkə arasında sərhədlər ümumiyyətlə yoxdur. Müstəqilliyin elan edilməsindən 30 il keçib və dövlətlərin hüdudları təbii şəkildə formalaşıb, amma bəzi sahələr üzrə suallar qalıb”,-Muxanov deyib.

Ermənistanda isə bəzi ekspertlər Rusiya sərhədçilərinin Əskipara kəndində yerləşməsini Qazax rayonunun 90-cı illərin əvvəllərində işğal edilmiş kəndlərinin Azərbaycana qaytarılmasına hazırlıq məqsədi daşıdığını təxmin edirlər. Və deyirlər ki, Ermənistan hökuməti bununla bağlı hansısa gizli öhdəlik götürüb.

Parlamentdəki müxalif “Şərəfim var” fraksiyasının üzvü Tiqran Abramyan da belə qənaətlə çıxış edib: “Mən Rusiya qoşunlarının 102-ci hərbi baza çərçivəsində Ermənistan daxilində müxtəlif yerlərdə dislokasiyasını və yerdəyişməsini başa düşə bilərəm.

Amma gərəkdir ki, hökumət və Nikol Paşinyan, Müdafiə Nazirliyi yaranmış situasiyanın zəruriliyini əsaslandırsınlar. Çünki həmin sərhəd zastavalarının Tavuş vilayətində yerləşdirilməsi ondan xəbər verir ki, proses məlum anklav ərazilərin geri verilməsi və bununla bağlı sövdələşmələrlə əlaqəlidir. Və Rusiya sərhədçilərinin məntəqələri artıq lazım olan yerdə yerləşdirilib”.

Abramyan əlavə edib ki, Ermənistanın hansı zərurət əsasında Rusiyadan Tavuş vilayətində sərhəd zastavaları və ya dayaq məntəqələrinin yerləşdirilməsini xahiş etdiyi izah edilməlidir.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR