"Bizim əlimizdə Laçın dəhlizi "kozırı" var" - "İranın mövqeyi həlledici deyil"

08 avqust, 2021 00:03

Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Avtomobil Yollarının İstismarı və Təmiri Baş İdarəsinin rəis müavini Hidayət Rüstəmov bildirib ki, Naxçıvan Muxtar Respublikasına çıxışa imkan verən "Zəngəzur" nəqliyyat dəhlizinin Azərbaycan tərəfindəki Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd hissəsinin layihəsi hazırlanır və paralel olaraq tikintisi aparılır.

Qeyd edək ki, bu dəhliz Ermənistanın Sünik (Zəngəzur) rayonundan keçəcək. H.Rüstəmov bildirib ki, uzunluğu 123.8 km, 4-6 hərəkət zolağından ibarət avtomobil yolunun 2024-ci ildə başa çatdırılması nəzərdə tutulur.

Prezident İlham Əliyev çıxışlarında bir neçə dəfə Zəngəzur dəhlizinin yaradılacağını bildirib. Dövlət başçısı qeyd edib ki, Azərbaycan bu istiqamətdə ciddi hazırlıq aparır. Elə AAYDA rəsmisinin dedikləri də bu istiqamətdə genişmiqyaslı fəaliyyətdən xəbər verir. Amma Ermənistan tərəfdə, bu deyilən dəhlizlə bağlı işlərin görülməsinə dair, hələlik, hər hansı məlumat yoxdur. Baş nazir Nikol Paşinya isə əvvəllər regionda bütün nəqliyyat dəhlizlərinin açılmasının vacibliyindən danışsa da, seçkidən sonra mövqeyini dəyişib. O, hökumətin iclasında bildirib ki, Azərbaycan əvvəlcə Ermənistana birbaşa İrana və Rusiyaya çıxış imkanı yaratmalıdır. Eyni zamanda bu layihələr Azərbaycanın Qarabağın statusu ilə bağlı danışıqlara başlamasından sonra gerçəkləşdirilə bilər.

Bu sahədə vəziyyəti azpolitika.info-ya şərh edən təhlükəsizlik eksperti İlham İsmayıl bildirib ki, dəhlizin çəkilməsinə hazırlıq birtərəfli qaydada aparılır: 

"Azərbaycan tərəfi öz ərazisində dəmiryol çəkilişini başlayıb. Baxmayaraq ki, 10 noyabr üçtərəfli bəyanatında Naxçıvan istiqamətində nəqliyyat infrastrukturunun açılması qeyd edilib, amma ermənilər bu dəhlizin tamamilə əleyhinədir. Əgər Paşinyan razılaşmadan sonra bu məsələyə normal yanaşırdısa, indi tamamilə əks mövqedədir və bu dəhlizin “Ermənistan üçün qəbuledilməz” olduğunu fürsət düşdükcə bildirir. Bu dəhluzin açılmasını erməni ictimaiyyəti ikinci məğlubiyyət kimi görür və buna görə də Paşinyanın dəhlizin yaranmasına razılıq verməsi siyasi intihara bərabər kimi vurğulanır. Azərbaycan tərəf isə israrla bildirir ki, bu dəhliz açılacaq".

Azərbaycan rəhbərliyində bu məsələdə xüsusi bir qətiyyət, arxayınçılıq iss olunur. Onu yaradan səbəblər nə ola bilər? İ.İsmayıl qeyd edir ki, ilk növbədə bu dəhlizin açılması Rusiyanın da marağındadır: "Faktiki olaraq, Rusiya Ermənistana dəmir yolu ilə yük daşıya bilmir. Quru magistral yol isə Gürcüstandan keçir və həm iqlim şətləri, həm də Gürcüstan hökümətinin bəzən günlərlə çəkən qadağaları Rusiyanı çətin vəziyyətə salır. Hava yolu ilə Ermənistana yük daşınması isə baha başa gəlir. Ona görə də, bu qənaətə gəlmək olar ki, bu dəhliz Rusiyanın təzyiqi ilə açılacaq. İkincisi, Azərbaycanın əlində Laçın dəhlizi kimi "kozır" var. Azərbaycan sərt şəkildə şərt irəli sürə bilər: Ermənistan tam imtina edərsə, Laçın dəhlizi və sərhədə nəzarətimizi bərpa edib bağlaya bilərik ki, bu da Qarabağ erməniləri ilə Ermənistan arasında olan yeganə yolun bağlanmasına gətirib çıxarar və Rusiya da bu işdə öz maraqları naminə maneə yaratmaz. Bizim bu dəhliz haqqında nikbin və hətta güc nümayişi effekti yaradan bəyanatımızın səbəbləri bu ola bilər".

Ekspert xatırladır ki, İran bu yolun çəkilməsində maraqlı deyil və alternativ kimi öz ərazisini təklif edir, amma buna da Rusiya razı olmur. "Ona görə də, bu dəhlizin açılmasında İran həlledici mövqeyə malik deyil”, - İlham İsmayıl vurğulayıb.

13 iyul

13:08 - Hakan Fidanın müqayisəsi təəccüblüdür - İran XİN13:06 - Azərbaycanın potensial daxili riskləri yoxdur13:04 - "Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm"

01 iyul

20:13 - Tramp Türkiyədən nə istəyir? - CNN20:09 - Kiyev "İsgəndər"lə vuruldu20:07 - Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir20:05 - Prezident ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib - FOTO

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI18:37 - Avropa texnologiyaları gizli yollarla Rusiyaya ötürülüb?18:31 - Prezident WUF13-də çıxış edir - VİDEO/FOTOLAR

12 may

14:15 - "Azərbaycanla zəifləyən mədəni əlaqələri yenidən canlandırmağın vaxtıdır" - Rusiya XİN14:13 - Anklavlarla bağlı bir neçə variant nəzərdən keçirilir14:12 - Azərbaycan iqtisadiyyatı cüzi böyüdü14:10 - Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti Fəxri xiyabanda Ümummilli Liderin xatirəsini anıb - FOTOLAR

28 aprel

15:04 - Ölkə başçısı Bəxtiyar Allahverdini "Tərəqqi" medalı ilə təltif edib14:56 - Prezidentdən 5 dövlət qurumuna tapşırıq - SİYAHI14:54 - Ermənistan bu kəndi Gürcüstana verib?14:47 - Zelenski İsraili sanksiyalarla hədələyib