Ermənistan Rusiyadan hansı yeni silahları alıb, yaxud alacaq? - Bəzi təxminlər...

23 avqust, 2021 17:18

Xəbər verildiyi kimi, Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ötən həftə bəyan etdi ki, Rusiya ötən ilin noyabrından (yəni Qarabağda hərbi əməliyyatların dayandırılmasından) etibarən Ermənistana intensiv şəkildə yeni silah və hərbi texnikanın təchizatını həyata keçirir. Bu, Azərbaycan prezidenti İlham Əliyevin “CNN Türk” kanalına müsahibəsində Rusiyanın Ermənistanı yenidən silahlandırmaq niyyətləri ilə bağlı narahatlıq ifadə etməsindən sonraya təsadüf edib. Azərbaycan prezidenti Rusiyanın Ermənistanı yenidən silahlandırmasını “məntiqsiz addım” adlandırmışdı və bəyan etmişdi ki, əgər erməni tərəfi yeni müharibəyə hazırlaşırsa o zaman Azərbaycan da preventiv addımlar atacaq.

Bəs Ermənistan Rusiyadan hansı yeni silah sistemlərini alıb? Rusiya hərbi sənayesi erməniləri daha hansı yeni məhsulları ilə sevindirə, yaxud Azərbaycanı təəccübləndirə bilər? Bir halda ki, “İsgəndər” operativ-taktiki raketlərindən tutmuş ən yeni radioelektron mübarizə vasitələrinə qədər Rusiya silahlarının 44 günlük Qarabağ müharibəsində hansı aqibətlə üzləşdiyi bəllidir.

Azsiyaset.com virtualaz.org-a istinadla xəbər verir ki, jurnalistlər Ermənistan Silahlı Qüvvələrinin Baş qərargah rəisi Artak Davtyandan Rusiyadan hansı yeni silahların alındığını soruşublar. Davtyan isə deyib ki, yeni silahlar həqiqətən alınıb, “amma onları vaxtı çatanda nümayiş etdirəcəklər”.

Bu günlərdə Ermənistanın müdafiə naziri Arşak Karapetyan yenidən Moskvaya gedib və onun səfərinin formal səbəbi Rusiyanın təşkil etdiyi beynəlxalq ordu oyunlarının açılış mərasimində iştirak etməkdir. Rusiya KİV-ləri istisna etmirlər ki, səfər zamanı Ermənistana yeni silah və hərbi texnikanın təchizatına dair daha əvvəldən başlamış müzakirələr də davam etdiriləcək. Belə ki, Rusiya hərbi sənayesinin yeni məhsullarının nümunələri beynəlxalq ordu oyunları ilə eyni vaxtda təşkil olunan sərgidə nümayiş etdirilir.

Ehtimal edilir ki, Yerevan ilk növbədə Rusiyanın “Remdizel” şirkəti tərəfindən istehsal olunan, xüsusi təyinatlıları daşımaq üçün istifadə edilən yüngül zirehli “Tayfun” avtomobilləri ilə maraqlanacaq. Çünki 44 günlük müharibə zamanı Qarabağda erməni silahlı dəstələri məhz adi yük maşınlarında daşınarkən Azərbaycanın pilotsuz təyyarələrinin zərbələrinə tuş gəlirdilər və ciddi itkilər verirdilər. Habelə erməni ordusunun Ural mülki aviasiya zavodu tərəfindən istehsal edilən “Forpost” zərbə pilotsuz aparatlarına böyük maraq göstərəcəyi təxmin edilir.

Arşak Karapetyanın ardınca Ermənistan müdafiə nazirinin müavini Karen Brutyan da Moskvaya yollanıb və onun avqustun 23-dən 28-nədək davam edəcək hərbi sənaye forumunda iştirak edəcəyi bildirilir. Məlumata əsasən Brutyan Rusiyanın hərbi-texniki əməkdaşlıq üzrə Federal Xidmətinin və “Rosoboroneksport”un rəhbərləri ilə görüşəcək. Habelə iri hərbi-sənaye şirkətlərinin rəhbərləri ilə danışıqlar aparacaq. Bura “İrkut” (Rusiyanın o cümlədən Su-30 qırıcılarını istehsal edən “İrkutsk”  aparıcı aviasiya zavodu bu şirkətə daxildir), “KamAZ”, “Uralvaqonzavod” (T-72 tanklarının yeni modifikasiyalarını və T-90 tanklarını istehsal edir)  və müxtəlif tipli raketlər istehsal edən “Taktiki raket silahları” Korporasiyasının rəhbərləri də daxildir.

44 günlük müharibə zamanı Ermənistan ordusu darmadağın edildiyindən indi onu praktiki olaraq sıfırdan qurmaq lazım gəlir. Müharibənin gedişində Ermənistan ordusu özünün tank və zirehli maşınlar arsenalının, hərbi nəqliyyat vasitələrinin böyük əksəriyyətini itirib, hava hücumundan müdafiə sistemləri arsenalı darmadağın edilib və hazırda erməni ordusunun qalıqları hətta ən adi mühəndis texnikası (məsələn, səngər qazmaq üçün ekskovatorlar) sarıdan da ciddi qıtlıq çəkir.

Bu baxımdan Ermənistan Müdafiə Nazirliyinin Rusiyadan ilk növbədə hərbi nəqliyyat vasitələri, o cümlədən yüngül zirehli vasitələr almaq niyyətləri təəccüblü deyil. Amma söhbət hücum silahlarından və o cümlədən yeni silah sistemlərindən gedirsə Rusiya onları alıcılıq qabiliyyəti sıfra bərabər olan Ermənistana havayı, yaxud güzəştli kreditlər hesabına ancaq bir şərtlə verə bilərdi-regionda qüvvələr balansını qismən də olsa formalaşdırmaq və nəticədə məğlubiyyətlə barışan erməni tərəfini sülhə aparan yoldan yayındırmaq.

23 noyabr

11:22 - "Putin vacib güzəşt edib": Sülh yaxınlaşırmı? - "The Washington Post"

18 noyabr

16:49 - Özəlləşdirilməsi təklif olunan dövlət müəssisələri açıqlandı16:46 - Paşinyan yeni Konstitusiya layihəsini paylaşdı

01 noyabr

18:31 - Veysəloğlu Şirkətlər Qrupunun tərəfdaşlığı ilə ADA Məktəbində növbəti xeyriyyə məqsədli "Məhsul bayramı" keçirilib - FOTOLAR18:28 - Azərbaycanla sərhəddə raketlər yerləşdirildi18:26 - İran Zəngəzur dəhlizi ilə bağlı iki tələb irəli sürdü18:24 - Rusiya Türk Dövlətləri Təşkilatına qoşulmağı məqsədəuyğun sayır

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR