"Laçın dəhlizinə Azərbaycan nəzarət etməlidir" - Sabiq nazir

03 sentyabr, 2021 16:19

Sabiq Xarici İşlər Naziri Tofiq Zülfüqarovun müsahibəsi:

- Dünən Xankəndinə Ermənistan rəsmilərindən heç kim gəlməyib. Bildirilir ki, Paşinyan hökumət üzvlərinə Qarabağa gəlməyi qadağan edib. Sizcə, bunu Paşinyanın jesti hesab etmək olarmı?

- Fikrimcə, burda əsas rolu Paşinyanın bu və ya digər qərar qəbul etməsi yox, Azərbaycanın qəti mövqeyi oynayır. Biz bu tədbir baş tutmadan əvvəl ona həm ictimaiyyət, həm də rəsmilər tərəfindən böyük diqqət yetirildiyini gördük.

- Əvvəlki illərdən fərqli olaraq təntənəli keçirilməyən tədbir barədə nə düşünürsünüz?

- Əslində, dünənki tədbir daha çox yas mərasimi xarakteri daşıyırdı. Çünki onların Azərbaycan torpaqlarının ilhaq edilməsi barədə 30 il ərzində bəslədikləri layihə vardı və o, təbii ki, qələbəmizlə iflasa uğradı. Ona görə də biz onların yas əhval-ruhiyyəsində yaşadıqlarını müşahidə edirik. Qarbağdakı ermənilər qısa müddətdə seçim etməlidirlər. Kim Azərbaycanda yaşamaq istəsə, qanunlara tabe olmalıdır. Kim bunu istəmirsə, hələ ki getmələrinə imkan var, harada istəyirlər, orada yaşasınlar. Bunun başqa həll yolu yoxdur.

- Ermənistanın dövlət rəsmiləri Qarabağa səfər etməsə də, müxalifətdən olan bir neçə deputat Xankəndinə gəlib. Sülhməramlılar buna niyə şərait yaradıb?

- Azərbaycan uzun müddətdir ki, sülhməramlıların Qarabağdakı fəaliyyətinə dair  öz tənqidi mövqeyini bildirir. Bu məsələ isə ilk növbədə Laçın dəhlizi ilə bağlıdır. Məntiqlə götürsək, Azərbaycanın sülhməramlıların gəlişi barədə icazəsi ondan ibarətdir ki, onlar orada təhlükəsizliyi təmin eləsinlər. Amma Laçın dəhlizi vasitəsilə giriş-çıxış məsələsi sərhəd qanunlarına uyğun olaraq Azərbaycanın dövlət qurumları tərəfindən həyata keçirilməlidir. Dünyada belə bir təcrübə var.  

Bu kimi hallar gələcəkdə təkrarlanmasın deyə dediyim məsələ tətbiq olunmalıdır. Sülhməramlılar təhlükəsizliyi təmin etsin, amma giriş-çıxış məsələsi Azərbaycan qanunlarına uyğun həyata keçirilsin. Əslinə qalsa, Qarabağda yaşayan ermənilər hazırda bölgədə hərəkəti sərbəst olmalıdır, çünki onların əlində Azərbaycana aid sənədlər yoxdur, amma bu o demək deyil ki, qapı hamının üzünə açıqdır, bu imtiyaza yalnız Azərbaycan ərazisində yaşayan ermənilər sahib olmalıdır.  

-  Necə düşünürsünüz, müxalif millət vəkilləri nə üçün tədbirdə iştirak etməyi seçdi?

- Bu daxili siyasətə aid bir məsələdir. Guya onlar ilhaq layihəsinə sadiq olduqlarını göstərmək istəyirdilər. Amma belə məlumatlar var ki, Ermənistandan gələnlərə hücum olub, onlara qarşı etiraz aksiyası keçirilib. Ümumiyyətlə, biz Ermənistan və Qarabağ erməniləri arasındakı uçurumun daha da dərinləşdiyini görürük, çünki bundan qabaq da bənzər hadisələr baş vermişdi. 

İlhaq layihəsinin iflasa uğramasının onlarda yaratdığı bu və ya digər əlamətləri, həm mərasimi keçirmə əhval-ruhiyyələrini, həm bir-birinə qarşı ittiham səsləndirmələrini tez-tez müşahidə edə bilərik. Düşünürəm ki, bu öz təsirini artıq sülhməramlılara da göstərməlidir, çünki açıq danışaq ki, bu gün münaqişənin saxlanılmasına maraqlı olan tərəflər çoxdur. Rusiya və digər Avropa ölkələri bu mövzudan istifadə etmək niyyətindədirlər. Halbuki onlar Qarabağda yaşayan ermənilərin istəklərinin heç də bu oyunu davam etdirmək olmadığını bilirlər. Çünki orada millət axını baş verir, bir ucdan gedirlər, heç kəs siyasi oyunlarda iştirak etmək istəmir. Orada cəmi 20-25 min adamın olması barədə səslənən fikirlər də məhz bu siyasətin nəticəsidir.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR